12px13px15px17px
Tarix:18/06/11

Hakerlər indi də mahnı oğurlayır

İnternetdə pop-ulduzların, xüsusilə Ledi Qaqa, Meray Keri və Castin Timberleykin yeni mahnılarını yerləşdirən iki alman hakeri məxfi informasiyaya qeyri-leqal giriş əldə edilməsinə və müəllif hüquqlarının pozulmasına görə günahkar biliniblər.
Adları açıqlanmayan hakerlər 18 ay həbsxana həyatına məhkum ediliblər. İttiham edilənlərdən kiçiyi - 18 yaşlı yeniyetmə real həbsxana müddətinə, böyüyü isə (23 yaş) 18 ay şərti məhbus həyatına məhkum edilib. Məhkəmə hakerlərdən kiçiyinə verilən hökmün təkrar gözdən keçirilə biləcəyini və 6 aydan sonra şərti müddətlə əvəz edilə biləcəyini elan edib.
Ulduz arxivlərinə giriş əldə etmək üçün cinayətkarlar sadə "Troyan" tipli proqramdan istifadə ediblər. 2010-cu ilin dekabrında müğənnilərdən oğurlanmış mahnıları hakerlər satış üçün internetdə yerləşdiriblər. İttiham məlumatına görə, piratlara xüsusi treklərin satışından təxminən 21000 dollar (15000 evro) qazanmaq müyəssər olub.
Həmçinin, hakerlərdən kiçiyi müğənni Keşanın şəxsi arxivindən onun pornoqrafik şəkillərini yükləmiş və aktrisanı onlarla şantaj etməyə çalışmışdır. Alman jurnalistlərinin Deniz A. adlandırdıqları 18 yaşlı haker internetdə trekləri yerləşdirdikdən sonra Ledi Qaqaya üzrxahlıq məktubu göndərib. "Əziz Ledi Qaqa, mən etdiyim əmələ görə xəcalət çəkirəm. Nəticə haqqında düşünmədim".



Baxış sayı: 1208

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024