Tarix:13/11/18
“ICTnews” Elektron Xəbər Xidməti “Korrespondent www.korrespondent.net” resursuna istinadən yazır ki, təşəbbüs Avropa İttifaqı ölkələri, Yaponiya, Kanada, həmçinin “Facebook”, “Google” və “Microsoft” şirkətləri tərəfindən dəstəklənib. Lakin Çin, Rusiya və ABŞ sənədi imzalamaqdan imtina ediblər.
Təşəbbüsün qəbul edilməsinin tərəfdarları arasında Fransa Prezidenti Emmanuel Makron da yer alıb. “Bu gün internet ekstremistlər, avtoritar rejimlər tərəfindən və ya terrorizmin təbliği üçün daha yaxşı istifadə olunur. Biz bu reallığa qarşı mübarizə aparmalıyıq”, - Fransa dövlətinin başçısı özünün “Twitter” mikrobloqunda qeyd edib.
Onun fikrincə, internetin dövlət tərəfindən daha dərin tənzimlənməsini aradan qaldırmaq mümkün deyil. Fransa Prezidenti iri internet platformaları üçün onların təhlükəli kontentlə mübarizəsi üzrə öhdəliklərini genişləndirəcək yeni hüquqi status hazırlamaq təklifi ilə çıxış edib.
Nizam Nuriyev
Ölkələr kibercinayətkarlığa qarşı birgə mübarizə aparacaqlar
Əllidən çox dövlətin və 150-dən çox texnoloji şirkətin nümayəndələri kiberməkanda cinayətkarlığa, o cümlədən seçkilərin gedişinə müdaxilə edilməsinə və nifrət hissi mövzusunda ritorikaya qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər. Belə ki, noyabrın 12-də UNESCO-nun qərargahında keçirilən konfransın iştirakçıları “Kiberməkanda etimada və təhlükəsizliyə Paris çağırışı” adlı sənəd imzalayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Korrespondent www.korrespondent.net” resursuna istinadən yazır ki, təşəbbüs Avropa İttifaqı ölkələri, Yaponiya, Kanada, həmçinin “Facebook”, “Google” və “Microsoft” şirkətləri tərəfindən dəstəklənib. Lakin Çin, Rusiya və ABŞ sənədi imzalamaqdan imtina ediblər.
Təşəbbüsün qəbul edilməsinin tərəfdarları arasında Fransa Prezidenti Emmanuel Makron da yer alıb. “Bu gün internet ekstremistlər, avtoritar rejimlər tərəfindən və ya terrorizmin təbliği üçün daha yaxşı istifadə olunur. Biz bu reallığa qarşı mübarizə aparmalıyıq”, - Fransa dövlətinin başçısı özünün “Twitter” mikrobloqunda qeyd edib.
Onun fikrincə, internetin dövlət tərəfindən daha dərin tənzimlənməsini aradan qaldırmaq mümkün deyil. Fransa Prezidenti iri internet platformaları üçün onların təhlükəli kontentlə mübarizəsi üzrə öhdəliklərini genişləndirəcək yeni hüquqi status hazırlamaq təklifi ilə çıxış edib.
Nizam Nuriyev
Baxış sayı: 879
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir