Tarix:19/11/18
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, biometrik autentifikasiya sistemləri insanın bütün barmağını deyil, yalnız onun bir hissəsini skan edir, bundan sonra istifadəçi haqda bazada saxlanmış məlumatlarla müqayisə edir. Bu, o deməkdir ki, cinayətkarlara bütün barmağı deyil, yalnız barmaq izinin bir hissəsini yaratmaq lazımdır.
Bundan başqa, insanların barmaq izlərində bir çox relyeflər təkrarlanır, buna görə ən geniş yayılmış relyefdən ibarət süni düzəldilmiş barmaq izi eyni anda bir neçə barmaq izinə dəqiq uyğun gələcək.
“DeepMasterPrints” neyron şəbəkəsi çoxsaylı barmaq izindən ibarət məlumat bazasını öyrənib və eyni anda bir neçə barmaq izinə uyğun gələn süni barmaq izləri yaratmağı öyrənib. Süni barmaq izləri 0,1% xəta göstəricisi ilə məlumat bazasında 23%-dək saxtalaşdıra bilər. 1% xəta ilə bu göstərici 77%-dək yüksəlir.
Emil Hüseynov
Neyron şəbəkəsi biometrik sistemlərə müdaxilə üçün barmaq izlərini saxtalaşdırmağı öyrənib
Nyu-York Universiteti Politexnik İnstitutunun alimləri biometriya sistemlərinə müdaxilə məqsədilə neyron şəbəkəsinə barmaq izlərini saxtalaşdırmağı öyrədiblər. Bu haqda “The Guardian” nəşri yazır.“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, biometrik autentifikasiya sistemləri insanın bütün barmağını deyil, yalnız onun bir hissəsini skan edir, bundan sonra istifadəçi haqda bazada saxlanmış məlumatlarla müqayisə edir. Bu, o deməkdir ki, cinayətkarlara bütün barmağı deyil, yalnız barmaq izinin bir hissəsini yaratmaq lazımdır.
Bundan başqa, insanların barmaq izlərində bir çox relyeflər təkrarlanır, buna görə ən geniş yayılmış relyefdən ibarət süni düzəldilmiş barmaq izi eyni anda bir neçə barmaq izinə dəqiq uyğun gələcək.
“DeepMasterPrints” neyron şəbəkəsi çoxsaylı barmaq izindən ibarət məlumat bazasını öyrənib və eyni anda bir neçə barmaq izinə uyğun gələn süni barmaq izləri yaratmağı öyrənib. Süni barmaq izləri 0,1% xəta göstəricisi ilə məlumat bazasında 23%-dək saxtalaşdıra bilər. 1% xəta ilə bu göstərici 77%-dək yüksəlir.
Emil Hüseynov
Baxış sayı: 658
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir