12px13px15px17px
Tarix:20/11/18

2023-cü ildə onlayn ödənişlər zamanı dəymiş zərər 48 milyard dollar təşkil edəcək

“Juniper Research” şirkətinin analitikləri onlayn ödənişlər zamanı fırıldaqçılıq nəticəsində dəymiş zərərə həsr edilmiş araşdırma aparıb və bu problemlə bağlı yaxın illər üzrə proqnoz veriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” saytına istinadən yazır ki, bu proqnoza əsasən, 2023-cü ildə məhsul və xidmətlərin onlayn ödənişi zamanı fırıldaqçılıq nəticəsində dəymiş zərər 48 milyard dollar təşkil edəcək. Müqayisə üçün, cari ildə bu göstərici 22 milyard dollar məbləğində proqnozlaşdırılır. Başqa sözlə, 5 il ərzində zərərin həcmi 2 dəfədən çox artacaq.
 
Problemin müxtəlif aspektlərini nəzərdən keçirən və müvafiq riskləri təhlil edən analitiklər dəymiş zərərin əsas səbəbini müəyyənləşdiriblər. Onların fikrincə, bu, fərdi məlumatların mühafizəsinin zəif olması ilə bağlıdır.
 
Emil Hüseynov





Baxış sayı: 582

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024