12px13px15px17px
Tarix:28/11/18

“Google Play” proqramlar mağazasından 13 təhlükəli oyun silinib

“ESET” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisi Lukas Stefanko məlumat verib ki, “Google Play” mağazasında 13 təhlükəli yarış tipli mobil oyun aşkar edilib. Stefanko bu oyunları qurğuya quraşdırmağı tövsiyə etmir, çünki həmin oyunlar işə salındıqdan sonra cihaza zərərli APK fayl yüklənir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, sözügedən oyunların müəllifi tərtibatçı Luiz O. Pinto hesab olunur. Mütəxəssislər müəyyənləşdiriblər ki, cihaza yüklənmiş zərərli proqramlar “VirusTotal” kimi antivirus proqramları tərəfindən izlənilməyib. Bu mobil proqramlar şəbəkə trafikinə "tam giriş" əldə edir, həmçinin daima aktiv rejimdə işləyirdi.
 
“Google Play” istifadəçiləri bu oyunları 560 min dəfədən çox yükləyiblər. Hazırda “Google” şirkəti “Google Play” mağazasından 13 oyunu silib.
 
Emil Hüseynov





Baxış sayı: 634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024