Tarix:10/01/19
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, “Downdetector” saytının (resurs müxtəlif internet xidmətlərindən istifadəni izləyir) məlumatına görə, “Google” sistemi yanvarın 10-da Bakı vaxtı ilə saat 03:37-ə olan vəziyyətə görə işləməyib.
Məsələn, “Google” serverlərindən istifadə ilə bağlı problemlərlə ABŞ, Böyük Britaniya, Yaponiya, Avstraliya, Rusiya, Hindistan, Braziliya, Türkiyə, İspaniya, Peru, eləcə də bir sıra digər ölkələrin internet istifadəçiləri üzləşiblər.
Problemlərlə üzləşən əksər insanların sözlərinə görə, onlar öz “Google” hesablarına daxil ola bilməyiblər. Problemlərlə rastlaşanların təxminən 30 faizi isə “Google” axtarış sistemindən istifadə etmək imkanının olmamasından şikayətlənib.
“Google” serverlərində konkret olaraq hansı hadisənin baş verməsi məlum deyil. ABŞ-ın “Google” texnoloji şirkətinin rəsmi nümayəndələri axtarış sistemi istifadəçilərinin üzləşdiyi problemlərə hələ ki münasibət bildirməyiblər.
Ehtimallara görə, problemlər “Google” şirkətinin müəyyən mərkəzi infrastruktur qovşaqlarında elektrik enerjisinin verilməsinin dayandırılması ilə əlaqədar ola bilər. Lakin daha ciddi nasazlıqların baş verməsi istisna edilmir.
Nizam Nuriyev
“Google” sisteminin fəaliyyətində nasazlıq yaranıb
Bütün dünyada populyar olan “Google” axtarış sisteminin fəaliyyətində qlobal nasazlıq yaranıb. Bir sıra ölkələrin istifadəçiləri sistemdən istifadə etmək istəyərkən ciddi problemlərlə üzləşiblər.“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, “Downdetector” saytının (resurs müxtəlif internet xidmətlərindən istifadəni izləyir) məlumatına görə, “Google” sistemi yanvarın 10-da Bakı vaxtı ilə saat 03:37-ə olan vəziyyətə görə işləməyib.
Məsələn, “Google” serverlərindən istifadə ilə bağlı problemlərlə ABŞ, Böyük Britaniya, Yaponiya, Avstraliya, Rusiya, Hindistan, Braziliya, Türkiyə, İspaniya, Peru, eləcə də bir sıra digər ölkələrin internet istifadəçiləri üzləşiblər.
Problemlərlə üzləşən əksər insanların sözlərinə görə, onlar öz “Google” hesablarına daxil ola bilməyiblər. Problemlərlə rastlaşanların təxminən 30 faizi isə “Google” axtarış sistemindən istifadə etmək imkanının olmamasından şikayətlənib.
“Google” serverlərində konkret olaraq hansı hadisənin baş verməsi məlum deyil. ABŞ-ın “Google” texnoloji şirkətinin rəsmi nümayəndələri axtarış sistemi istifadəçilərinin üzləşdiyi problemlərə hələ ki münasibət bildirməyiblər.
Ehtimallara görə, problemlər “Google” şirkətinin müəyyən mərkəzi infrastruktur qovşaqlarında elektrik enerjisinin verilməsinin dayandırılması ilə əlaqədar ola bilər. Lakin daha ciddi nasazlıqların baş verməsi istisna edilmir.
Nizam Nuriyev
Baxış sayı: 703
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir