12px13px15px17px
Tarix:17/01/19

Hindistan kiberhücumlarla mübarizə üzrə agentlik yaradacaq

Hindistan Silahlı Qüvvələri kiberməkanda təhdidlərlə mübarizə üçün agentlik yaradacaq. Bu haqda Hindistan ordusunun Şərq komandanlığının qərargah rəisi general Manodj Mukund Naravane deyib. Agentlik yaxın vaxtda öz işinə başlayacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tdaily.ru” saytına istinadən yazır ki, generalın sözlərinə görə, yeni yaradılacaq agentlik idarələrarası qurum olacaq və yalnız orduya aid olmayacaq. Lakin agentlik quru qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi-Dəniz Qüvvələrinin hərbi qulluqçularından formalaşdırılacaq. Yeni struktur kiberməkanda hücumların dəf edilməsi üçün nəzərdə tutulub.
 
Xatırladaq ki, ötən il Hindistana edilmiş kiberhücumların sayı 10% yüksələrək 1 milyona yaxınlaşıb. Hindistan mətbuatının məlumatına görə, hücumların 40%-i Çin, 25%-i ABŞ və 25%-i Pakistandan həyata keçirilib.
 
Emil Hüseynov





Baxış sayı: 473

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024