12px13px15px17px
Tarix:18/01/19

Sistemdən silinməsi mümkün olmayan virus aşkar edilib

Kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislər sistemdən silinməsi mümkün olmayan “Djvu” virus şifrləyicisi aşkar ediblər. Virus internetdə geniş yayılıb. Bu haqda “Bleeping Computer” portalı məlumat yayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “STOP” virusu əsasında yaradılmış zərərli proqram təminatı kompüterə müdaxilə etdikdən sonra sistemə 4 fayl yükləyir.
 
Həmin fayllardan biri “Windows” sisteminin yeniləməsi haqqında saxta mesaj göstərir. Beləliklə, istifadəçini aldadır.
 
Sözügedən virusun qurbanına hakerlərin kontaktını özündə saxlayan fayl göndərilir. Kibercinayətkarlar deşifrin məbləğini açıqlamır, amma istifadəçi yaxın vaxtlarda onlara kömək üçün müraciət etdiyi halda endirim olacağına dair söz verirlər.
 
Hələ ki hakerlərin köməyi olmadan məlumatları deşifr etmək üsulu məlum deyil.

Emil Hüseynov





Baxış sayı: 620

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024