Tarix:04/11/11
Bu, kibertəhlükəsizlik üzrə ABŞ və Avropa İttifaqı arasında ilk dəfə keçirilən “Cyber Atlantic 2011” təlimlərinin ssenarisi olub.
“Müdafiə olunanlar” iki ssenari üzrə məşq ediblər: birincisi Avropa İttifaqına üzv olan ölkələrdən və aidiyyəti dövlət qurumlarından məxfi məlumatların alınmasına və dərc edilməsinə yönələn “APT” (advanced persistent threat) hücumlara yönəlib.
Təlimlərin bu hissəsində Avropanın “ENİSA” (Europe network and information security agency) agentliyinin İT mütəxəssisləri reallıqda baş verə biləcək hücumu simulyasiya ediblər.
İkinci ssenari enerji təminatı obyektlərinin işi üçün istifadə olunan Avropanın “SCADA” sənaye sistemlərinin miqyaslı şəkildə sındırılmasına istiqamətlənib. Hücumların bu növü hələ ki real şəkildə yaradılmayıb, lakin onun “Stuxnet” və “Duqu” viruslarının yayılması fonunda yaranması ehtimalı çox böyükdür.
Təlimlərdə ümumilikdə Aİ-in 20-dən çox ölkəsi, habelə ABŞ Daxili Təhlükəsizlik İdarəsinin nümayəndələri iştirak ediblər. Bundan başqa, təlimlər çərçivəsində Aİ və ABŞ-ın bu sahədə qarşılıqlı fəaliyyətinin üsulları üzrə məşqlər edilib.
Avropa İttifaqı və ABŞ birgə kibertəlimlər keçirib
Avropanın 16 ölkəsinin yüzə yaxın kompyuter üzrə eksperti Avropa İttifaqının müxtəlif agentliklərinə, eləcə də xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektlərinə, o cümlədən elektrik stansiyalarına edilən bir sıra ciddi kiberhücumları birlikdə dəf ediblər.Bu, kibertəhlükəsizlik üzrə ABŞ və Avropa İttifaqı arasında ilk dəfə keçirilən “Cyber Atlantic 2011” təlimlərinin ssenarisi olub.
“Müdafiə olunanlar” iki ssenari üzrə məşq ediblər: birincisi Avropa İttifaqına üzv olan ölkələrdən və aidiyyəti dövlət qurumlarından məxfi məlumatların alınmasına və dərc edilməsinə yönələn “APT” (advanced persistent threat) hücumlara yönəlib.
Təlimlərin bu hissəsində Avropanın “ENİSA” (Europe network and information security agency) agentliyinin İT mütəxəssisləri reallıqda baş verə biləcək hücumu simulyasiya ediblər.
İkinci ssenari enerji təminatı obyektlərinin işi üçün istifadə olunan Avropanın “SCADA” sənaye sistemlərinin miqyaslı şəkildə sındırılmasına istiqamətlənib. Hücumların bu növü hələ ki real şəkildə yaradılmayıb, lakin onun “Stuxnet” və “Duqu” viruslarının yayılması fonunda yaranması ehtimalı çox böyükdür.
Təlimlərdə ümumilikdə Aİ-in 20-dən çox ölkəsi, habelə ABŞ Daxili Təhlükəsizlik İdarəsinin nümayəndələri iştirak ediblər. Bundan başqa, təlimlər çərçivəsində Aİ və ABŞ-ın bu sahədə qarşılıqlı fəaliyyətinin üsulları üzrə məşqlər edilib.
Baxış sayı: 1511
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir