Tarix:29/01/19
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən 11-12 yaşlı 6616 yeniyetmənin müayinəsi zamanı əldə edilən məlumatlar analiz olunub. Uşaqların 70 faizindən çoxu yatmazdan əvvəl azı bir saat smartfon və ya ekrana malik digər qurğudan istifadə etməsini bildirib. Sorğu zamanı onlar, həmçinin həmin vaxt otaqda işıqlanma dərəcəsini, yuxu vaxtını və oyanıqlığı və yatmaqla bağlı problemlərdən əziyyət çəkmələrini qeyd ediblər.
Müəyyən edilib ki, otaqda işıq qoşulu olan zaman smartfondan istifadə edən və ya televizora baxanların 31 faizi pis yatıb. Eyni hərəkəti qaranlıqda edən uşaqlarda yuxu pozğunluğu ehtimalı 147 faiz yüksək olub. Həmçinin aşkar olunub ki, yuxunun kifayət qədər olmaması immunitetin azalması, depressiya, narahatlıq və piylənmə ilə əlaqədardır.
Qiymətləndirməyə görə, dünyada yeniyetmələrin 90 faizi sutkada tövsiyə edilən 11 saatı yatmır və mütəxəssislər bunu qurğuların yayılması ilə izah edirlər. Təkcə Böyük Britaniyada 12-15 yaşlı uşaqların 98 faizi televizora baxır, 90 faizindən çoxu isə smartfondan istifadə edir.
Nizam Nuriyev
Smartfonların yeni təhlükəsi aşkarlanıb
Beynəlxalq alimlər qrupu yuxudan əvvəl smartfondan istifadə edən uşaqlarda doyunca yatmama və piylənmə riskinin artmasını, eləcə də həyəcanlılığın güclənməsini müəyyənləşdirib.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən 11-12 yaşlı 6616 yeniyetmənin müayinəsi zamanı əldə edilən məlumatlar analiz olunub. Uşaqların 70 faizindən çoxu yatmazdan əvvəl azı bir saat smartfon və ya ekrana malik digər qurğudan istifadə etməsini bildirib. Sorğu zamanı onlar, həmçinin həmin vaxt otaqda işıqlanma dərəcəsini, yuxu vaxtını və oyanıqlığı və yatmaqla bağlı problemlərdən əziyyət çəkmələrini qeyd ediblər.
Müəyyən edilib ki, otaqda işıq qoşulu olan zaman smartfondan istifadə edən və ya televizora baxanların 31 faizi pis yatıb. Eyni hərəkəti qaranlıqda edən uşaqlarda yuxu pozğunluğu ehtimalı 147 faiz yüksək olub. Həmçinin aşkar olunub ki, yuxunun kifayət qədər olmaması immunitetin azalması, depressiya, narahatlıq və piylənmə ilə əlaqədardır.
Qiymətləndirməyə görə, dünyada yeniyetmələrin 90 faizi sutkada tövsiyə edilən 11 saatı yatmır və mütəxəssislər bunu qurğuların yayılması ilə izah edirlər. Təkcə Böyük Britaniyada 12-15 yaşlı uşaqların 98 faizi televizora baxır, 90 faizindən çoxu isə smartfondan istifadə edir.
Nizam Nuriyev
Baxış sayı: 487
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir