Tarix:30/01/19
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, internet yaradıcılarından biri olan V.Serf internetə qoşulan qurğuların sayının durmadan artmasından narahatlığını ifadə edib. Onun sözlərinə görə, problem belə qurğuların kifayət qədər təhlükəsiz olmamasından ibarətdir.
“Çoxlu qurğuların yaranması potensial təhlükə törədəcək”, – hazırda “Google” şirkətinin aparıcı internet mütəxəssisi olan V.Serf bildirib. O vurğulayıb ki, bu qurğuların işində nasazlıqların nəticələri gözlənilməz ola bilər.
Təhlükəli nümunə kimi alim qəzaya düşə biləcək avtonom avtomobilə müdaxiləni göstərib.
Mütəxəssisin fikrincə, internetin əzəldən iki çatışmazlığı olub: o, nəticə etibarilə şəbəkəyə quraşdırılacaq milyardlarla qurğunun qoşulması üçün uyğunlaşdırılmayıb və quraşdırılmış təhlükəsizlik protokollarına malik deyil.
“Gartner” tədqiqat şirkətinin proqnozlarına görə, 2021-ci ilədək istifadəçilər tərəfindən internet şəbəkəsinə təxminən 25 milyard “Əşyalar interneti” qurğusu qoşulacaq.
Nizam Nuriyev
Müasir internet üçün ən əsas təhlükə nədir?
ABŞ alimi və tərtibatçısı Vinton Serf mühafizə olunmayan “Əşyalar interneti” qurğularını müasir şəbəkə üçün ən böyük təhlükə adlandırıb.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, internet yaradıcılarından biri olan V.Serf internetə qoşulan qurğuların sayının durmadan artmasından narahatlığını ifadə edib. Onun sözlərinə görə, problem belə qurğuların kifayət qədər təhlükəsiz olmamasından ibarətdir.
“Çoxlu qurğuların yaranması potensial təhlükə törədəcək”, – hazırda “Google” şirkətinin aparıcı internet mütəxəssisi olan V.Serf bildirib. O vurğulayıb ki, bu qurğuların işində nasazlıqların nəticələri gözlənilməz ola bilər.
Təhlükəli nümunə kimi alim qəzaya düşə biləcək avtonom avtomobilə müdaxiləni göstərib.
Mütəxəssisin fikrincə, internetin əzəldən iki çatışmazlığı olub: o, nəticə etibarilə şəbəkəyə quraşdırılacaq milyardlarla qurğunun qoşulması üçün uyğunlaşdırılmayıb və quraşdırılmış təhlükəsizlik protokollarına malik deyil.
“Gartner” tədqiqat şirkətinin proqnozlarına görə, 2021-ci ilədək istifadəçilər tərəfindən internet şəbəkəsinə təxminən 25 milyard “Əşyalar interneti” qurğusu qoşulacaq.
Nizam Nuriyev
Baxış sayı: 448
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir