12px13px15px17px
Tarix:02/02/19

“Apple” şirkəti “FaceTime” proqramında aşkar edilmiş boşluğu aradan qaldırıb

ABŞ-ın “Apple” şirkəti səsli və videozənglər üçün “FaceTime” proqramında kənar şəxsə başqalarının danışığına qulaq asmağa imkan verən boşluğu aradan qaldırıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, müvafiq yeniləmə gələn həftə istifadəçilər üçün əlçatan olacaq. Şirkətin nümayəndələri, həmçinin “Apple” cihazlarından istifadə edən istifadəçilərə bu barədə məlumat verdikləri üçün təşəkkür edib, bundan başqa, sözügedən boşluq nəticəsində zərər dəymiş şəxslərdən üzr istəyib.
 
Şirkət nümayəndələri, həmçinin bildiriblər ki, şirkət səhv haqqında xəbər tutan kimi, dərhal “FaceTime”də qrup zəngləri funksiyasını deaktiv edib  və problemin həlli ilə məşğul olub.
 
Emil Hüseynov




Baxış sayı: 866

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024