12px13px15px17px
Tarix:20/02/19

Dünyada ilk dəfə bu ölkədə “5G” şəbəkəsindən kommersiya məqsədləri üçün istifadə ediləcək

İlk dəfə Cənubi Koreyada “5G” şəbəkəsindən kommersiya məqsədləri üçün istifadə ediləcək. Bu haqda iqtisadiyyat məsələləri üzrə baş nazirin müavini, planlaşdırma və maliyyə naziri Xon Nam Qi deyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “SK Telecom”, “KT”, həmçinin “LG Uplus” mobil operatorları yeni texnologiyanın tətbiqinə 2,6 milyard dollar məbləğində sərmayə yatırıblar.
 
“5G” texnologiyası Pxençxanda Olimpiada zamanı sınaqdan keçirilib, o vaxt məlumatların ötürülmə sürəti “4G”-ni 40-50 dəfə üstələmişdi.
 
Emil Hüseynov





Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024