Tarix:25/02/19
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, yüzlərlə mobil proqrama quraşdırılan zərərli kod qurğularda gizli reklamı – əsasən videoçarxları işə salır.
Bildirilir ki, belə proqramların fasiləsiz işləməsi ayda 10 giqabayt internet trafikinin sərf edilməsinə səbəb olur. Həmçinin qurğu hətta zərərli əlavə işə salınmadığı halda enerjisini tez itirir.
İstifadəçi elanların ekranlarda göstərilməməsinə görə qurğunun yoluxması barədə məlumatlı olmaya bilər. Yoluxdurulmuş proqramlar kimi tədqiqatçılar tərəfindən “Solitaire: 4 Seasons” (Full), “VertexClub”, “Perfect365”, “Touch 'n' Beat” – “Cinema” və “Draw Clash of Clans” qeyd olunur.
Mütəxəssislərin sözlərinə görə, hər bir “Android” qurğu istifadəçisi qurğunun qızmasına və onun enerjisinin tez sərf edilməsinə diqqət yetirməlidir. Təhlükəli əlamətlər arasında qurğunun işləməsinin zəifləməsi və ya onun tez-tez yenilənməsi və iritutumlu məlumatların emalı göstərilir.
Nizam Nuriyev
Smartfonun internet trafikini və enerjisini tez işlədən virus aşkarlanıb
“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğuların internet trafikini gizlicə sərf edən “DrainerBot” adlı mürəkkəb fırıldaqçı kampaniya aşkarlanıb. Bu barədə “Moat” şirkətinin məlumatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, yüzlərlə mobil proqrama quraşdırılan zərərli kod qurğularda gizli reklamı – əsasən videoçarxları işə salır.
Bildirilir ki, belə proqramların fasiləsiz işləməsi ayda 10 giqabayt internet trafikinin sərf edilməsinə səbəb olur. Həmçinin qurğu hətta zərərli əlavə işə salınmadığı halda enerjisini tez itirir.
İstifadəçi elanların ekranlarda göstərilməməsinə görə qurğunun yoluxması barədə məlumatlı olmaya bilər. Yoluxdurulmuş proqramlar kimi tədqiqatçılar tərəfindən “Solitaire: 4 Seasons” (Full), “VertexClub”, “Perfect365”, “Touch 'n' Beat” – “Cinema” və “Draw Clash of Clans” qeyd olunur.
Mütəxəssislərin sözlərinə görə, hər bir “Android” qurğu istifadəçisi qurğunun qızmasına və onun enerjisinin tez sərf edilməsinə diqqət yetirməlidir. Təhlükəli əlamətlər arasında qurğunun işləməsinin zəifləməsi və ya onun tez-tez yenilənməsi və iritutumlu məlumatların emalı göstərilir.
Nizam Nuriyev
Baxış sayı: 527
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir