Tarix:28/02/19
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, hakerlər müdaxilə üçün ümumistifadəli “Wi-Fi” şəbəkəsindən yararlanıblar. Simsiz internetə qoşulma istifadəçilərə proqramla iş üçün lazım olub.
Məlumata görə, ümumi şəbəkədə cinayətkarlar tərəfindən “SHAREit” proqram serveri ilə əlaqəli portlar skan edilib. Boşluqlar cinayətkarlara öz qurğularına qurbana aid mobil qurğudan istənilən məlumat və faylları yükləməyə imkan verib.
Bildirilir ki, səhvlər bir il əvvəl aşkarlanıb. Lakin onların istifadəçilər üçün törədəcəyi mümkün təhlükələr səbəbindən təşkilat əməkdaşları aşkarlanan boşluqları açıqlamamağa üstünlük veriblər. Problemlər 2018-ci ildə proqram tərtibatçıları tərəfindən aradan qaldırılsa da, proqramın səhvsiz versiyası buraxılmayıb.
Nizam Nuriyev
“SHAREit” proqramında boşluqlar “Android” qurğularında fayllar oğurlamaq üçün istifadə edilib
“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular arasında faylların göndərilməsi üçün nəzərdə tutulan “SHAREit” pulsuz proqramında mövcud olan boşluqlar cinayətkarlara gizlicə istifadəçi məlumatlarını oğurlamağa imkan verib. Səhvləri aşkar edən “Redforce” təşkilatının əməkdaşları onları şirkətin bloqunda ətraflı təsvir ediblər.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, hakerlər müdaxilə üçün ümumistifadəli “Wi-Fi” şəbəkəsindən yararlanıblar. Simsiz internetə qoşulma istifadəçilərə proqramla iş üçün lazım olub.
Məlumata görə, ümumi şəbəkədə cinayətkarlar tərəfindən “SHAREit” proqram serveri ilə əlaqəli portlar skan edilib. Boşluqlar cinayətkarlara öz qurğularına qurbana aid mobil qurğudan istənilən məlumat və faylları yükləməyə imkan verib.
Bildirilir ki, səhvlər bir il əvvəl aşkarlanıb. Lakin onların istifadəçilər üçün törədəcəyi mümkün təhlükələr səbəbindən təşkilat əməkdaşları aşkarlanan boşluqları açıqlamamağa üstünlük veriblər. Problemlər 2018-ci ildə proqram tərtibatçıları tərəfindən aradan qaldırılsa da, proqramın səhvsiz versiyası buraxılmayıb.
Nizam Nuriyev
Baxış sayı: 650
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir