Tarix:18/03/19
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, test zamanı "Google Play" əlavələr mağazasında təqdim olunan 250 antivirus yoxlanılıb. Ümumilikdə 80 əlavə tərəfindən müxtəlif testlər çərçivəsində rast gəlinən zərərli proqram təminatının 30 faizi aşkarlanıb. Onu da qeyd etmək lazımdır ki, onlar çox mürəkkəb olmayıb (tədqiqatçılar tərəfindən antivirus quraşdırıldıqdan sonra zərərli proqramın yüklənilməsi və onun quraşdırılması üçün brauzer açılıb).
Bildirilir ki, testlər hər əlavə üçün 2 min dəfə təkrarlanıb. Bununla yanaşı, antiviruslar ötən il "Android" üçün aşkarlanan 2 min ən çox yayılmış zərərli proqram təminatı növündən istifadə olunmaqla yoxlanılıb.
Bu isə o deməkdir ki, sınaq zamanı testdən keçməyən 250 "Android" antivirus əlavəsinin 170-i həvəskar proqramçılar və ya istifadəçi məlumatlarının təhlükəsizliyini nəzərə almayan proqram təminatı tərtibatçıları tərəfindən hazırlanıb.
Nizam Nuriyev
“Android” üçün antivirus proqramlarının üçdə iki hissəsi vəzifəsinin öhdəsindən gəlmir
"AV-Comparatives" şirkətinin təhlükəsizlik üzrə mütəxəssislərinin bu yaxınlarda keçirdiyi sınaq zamanı "Android" əməliyyat sistemi üçün antivirus proqramlarının üçdə iki hissəsinin öz əsas vəzifəsinin öhdəsindən gələ bilməməsi məlum olub."ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, test zamanı "Google Play" əlavələr mağazasında təqdim olunan 250 antivirus yoxlanılıb. Ümumilikdə 80 əlavə tərəfindən müxtəlif testlər çərçivəsində rast gəlinən zərərli proqram təminatının 30 faizi aşkarlanıb. Onu da qeyd etmək lazımdır ki, onlar çox mürəkkəb olmayıb (tədqiqatçılar tərəfindən antivirus quraşdırıldıqdan sonra zərərli proqramın yüklənilməsi və onun quraşdırılması üçün brauzer açılıb).
Bildirilir ki, testlər hər əlavə üçün 2 min dəfə təkrarlanıb. Bununla yanaşı, antiviruslar ötən il "Android" üçün aşkarlanan 2 min ən çox yayılmış zərərli proqram təminatı növündən istifadə olunmaqla yoxlanılıb.
Bu isə o deməkdir ki, sınaq zamanı testdən keçməyən 250 "Android" antivirus əlavəsinin 170-i həvəskar proqramçılar və ya istifadəçi məlumatlarının təhlükəsizliyini nəzərə almayan proqram təminatı tərtibatçıları tərəfindən hazırlanıb.
Nizam Nuriyev
Baxış sayı: 531
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir