Tarix:29/03/19
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, potensial təhlükəli virus “Google Play” mağazasında 500 milyon dəfədən çox yüklənən “UC Browser” brauzerində aşkarlanıb. “Google Play” serverlərini dəf edərək zərərli kodu və yardımçı proqram modullarını yükləməyə imkan verən səhv minimum 2016-cı ildən mövcuddur.
Məsələn, “UC Browser” brauzeri ekspertlər tərəfindən təhlil edilən zaman məsafəli serverdən zərərli olmayan və “MS Office” ofis paket sənədləri, eləcə də “PDF” formatlı fayllarla iş üçün nəzərdə tutulan “Linux” əlavəsini yükləyib.
Proqram troyan və ya arzuolunmaz proqramların yayılmasında nəzərə çarpmasa da, onun yeni və yoxlanılmamış modulları yükləmək və işə salmaq qabiliyyəti potensial təhlükə törədir. Tədqiqatçıların sözlərinə görə, cinayətkarların brauzer tərtibatçısının serverlərinə çıxış əldə etməyəcəyinə və yüz milyonlarla “Android” qurğusunun yoluxdurulması üçün ona quraşdırılan yenilənmə funksiyasından istifadə edilməyəcəyinə zəmanət verilmir.
Nizam Nuriyev
“UC Browser” brauzerində boşluq aşkarlanıb
“Doktor Veb” şirkəti populyar mobil brauzerdə hakerlərə istifadəçi qurğularını viruslarla yoluxdurmağa imkan verən boşluq aşkarlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, potensial təhlükəli virus “Google Play” mağazasında 500 milyon dəfədən çox yüklənən “UC Browser” brauzerində aşkarlanıb. “Google Play” serverlərini dəf edərək zərərli kodu və yardımçı proqram modullarını yükləməyə imkan verən səhv minimum 2016-cı ildən mövcuddur.
Məsələn, “UC Browser” brauzeri ekspertlər tərəfindən təhlil edilən zaman məsafəli serverdən zərərli olmayan və “MS Office” ofis paket sənədləri, eləcə də “PDF” formatlı fayllarla iş üçün nəzərdə tutulan “Linux” əlavəsini yükləyib.
Proqram troyan və ya arzuolunmaz proqramların yayılmasında nəzərə çarpmasa da, onun yeni və yoxlanılmamış modulları yükləmək və işə salmaq qabiliyyəti potensial təhlükə törədir. Tədqiqatçıların sözlərinə görə, cinayətkarların brauzer tərtibatçısının serverlərinə çıxış əldə etməyəcəyinə və yüz milyonlarla “Android” qurğusunun yoluxdurulması üçün ona quraşdırılan yenilənmə funksiyasından istifadə edilməyəcəyinə zəmanət verilmir.
Nizam Nuriyev
Baxış sayı: 499
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir