Tarix:30/03/19
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, ötən il dünyada informasiya təhlükəsizliyi investisiyalarının ümumi məbləği 37 milyard dollara çatıb ki, bu da 2017-ci illə müqayisədə 9 faiz çoxdur. Şirkətin analizindən məlum olub, kibertəhlükəsizliyin təmini üçün xərclərin ümumi məbləğinin 82 faizi ənənəvi olaraq avadanlıq və proqram təminatına sərf olunub. Daha 18 faiz virtuallaşdırma vasitələri, ictimai "bulud" servisləri və abunə üzrə informasiya təhlükəsizliyi xidmətlərinə xərclənib.
İstehsalçılar arasında qüvvələr nisbətinə gəldikdə isə, informasiya təhlükəsizliyi bazarının lideri ötən ilin oktyabr-dekabrında bazar payı 10 faizə yaxın olan "Cisco" şirkəti olaraq qalır. İkinci yerdə 7 faiz iştirak göstəricisi ilə "Palo Alto" şirkəti qərarlaşıb. Sonrakı mövqelərdə hər birinin töhfəsi 6 faizə bərabər olan "Check Point", "Fortinet", "IBM" və "Symantec" şirkətləri yer alıb.
Ekspertlər qeyd edir ki, əksər şirkətlər informasiya aktivləri, kompüter avadanlıqları və şəbəkə infrastrukturunun, eləcə də əməkdaş və müştəri məlumatlarının mühafizəsinə böyük diqqət yetirsə də, ötən il kibertəhlükəsizlik üçün xərclər qlobal informasiya təhlükəsizliyi xərclərinin ümumi həcminin 2 faizini təşkil edib. Lakin yeni, təkmil kibertəhdidlərin yaranması qaçılmaz olduğuna görə şirkətlərin kibermühafizə üçün xərcləri artmaqda davam edəcək.
"Canalys" şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ilədək informasiya təhlükəsizliyi bazarının həcmi pul ifadəsində 42 milyard dolları ötəcək.
Nizam Nuriyev
İnformasiya təhlükəsizliyinin təmini üçün rüblük xərclər ilk dəfə 10 milyard dolları ötüb
"Canalys" analitik şirkəti 2018-ci ilin dördüncü rübündə dünyada informasiya təhlükəsizliyinin təmini üçün xərclərin ilk dəfə 10 milyard dolları ötməsini açıqlayıb. Mütəxəssislər informasiya təhlükəsizliyinin təmini üçün xərclərin artımını şirkətlərin kibertəhdidlərdən mühafizəni gücləndirməsi, eləcə də fərdi məlumatların məxfiliyinin təmini sahəsində tənzimləyici orqanların tələblərinə əməl olunması ilə bağlı əlavə tədbirlər görməsi ilə izah edirlər."ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, ötən il dünyada informasiya təhlükəsizliyi investisiyalarının ümumi məbləği 37 milyard dollara çatıb ki, bu da 2017-ci illə müqayisədə 9 faiz çoxdur. Şirkətin analizindən məlum olub, kibertəhlükəsizliyin təmini üçün xərclərin ümumi məbləğinin 82 faizi ənənəvi olaraq avadanlıq və proqram təminatına sərf olunub. Daha 18 faiz virtuallaşdırma vasitələri, ictimai "bulud" servisləri və abunə üzrə informasiya təhlükəsizliyi xidmətlərinə xərclənib.
İstehsalçılar arasında qüvvələr nisbətinə gəldikdə isə, informasiya təhlükəsizliyi bazarının lideri ötən ilin oktyabr-dekabrında bazar payı 10 faizə yaxın olan "Cisco" şirkəti olaraq qalır. İkinci yerdə 7 faiz iştirak göstəricisi ilə "Palo Alto" şirkəti qərarlaşıb. Sonrakı mövqelərdə hər birinin töhfəsi 6 faizə bərabər olan "Check Point", "Fortinet", "IBM" və "Symantec" şirkətləri yer alıb.
Ekspertlər qeyd edir ki, əksər şirkətlər informasiya aktivləri, kompüter avadanlıqları və şəbəkə infrastrukturunun, eləcə də əməkdaş və müştəri məlumatlarının mühafizəsinə böyük diqqət yetirsə də, ötən il kibertəhlükəsizlik üçün xərclər qlobal informasiya təhlükəsizliyi xərclərinin ümumi həcminin 2 faizini təşkil edib. Lakin yeni, təkmil kibertəhdidlərin yaranması qaçılmaz olduğuna görə şirkətlərin kibermühafizə üçün xərcləri artmaqda davam edəcək.
"Canalys" şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ilədək informasiya təhlükəsizliyi bazarının həcmi pul ifadəsində 42 milyard dolları ötəcək.
Nizam Nuriyev
Baxış sayı: 570
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir