“Apple” sağlamlıq üçün təhlükəli adapterləri geri çağırır
“Apple” şirkəti toxunuş zamanı elektrik cərəyanı ilə vurmaya səbəb olacaq adapterləri geri çağırır. İndiyədək 6 belə hadisənin baş verməsi qeydə alınıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, şirkətin məlumatına görə, söhbət Böyük Britaniya, Honkonq və Sinqapur rozetkaları üçün nəzərdə tutulan qurğulardan gedir. “Bütün qüsurlu birləşdiricilər pulsuz əvəzlənəcək”, – şirkətin saytında qeyd olunub.
Bildirilir ki, 2003-2010-cu illərdə bu adapter “Apple” qurğuları komplektləşdirməsinə, eləcə də “World Travel Adapter Kit” dəstinə daxil olub.
“iPhone 2019” istehsal xətti üzrə qurğular reversivlənmiş simsiz enerjinin toplanmasının təmini üçün daha tutumlu akkumulyatorlarla təchiz ediləcək. Bunun ABŞ şirkətinin batareyaların tədarükü ilə məşğul olan bir sıra tərəfdaşlarına müsbət təsir göstərəcəyi gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 666
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir