“WhatsApp” messencerində boşluq aşkar edilib
"WhatsApp"da aşkar edilmiş ciddi boşluq hakerlərə istifadəçiləri izləmək üçün telefonlara zərərverici proqram təminatı quraşdırmağa imkan verib.
"ICTnews" Elektron Xəbər Xidməti "bbc.com" saytına istinadən yazır ki, təhlükəsizlik sistemində sözügedən boşluq təxminən 10 gün əvvəl şirkətin mütəxəssisləri tərəfindən aşkar edilib. Bundan sonra şirkət bu barədə ABŞ-ın hüquq-mühafizə orqanları və təhlükəsizlik üzrə ekspertlərə məlumat verib.
Hücumun mahiyyəti aşağıdakı kimi olub: istifadəçinin telefonuna səsli zəng göndərilib. İstifadəçi zəngi qəbul etmədiyi halda belə qurbanın telefonuna smartfonun kamerası və mikrofonunun köməyi ilə cihaz sahibinin hərəkətini izləməyə imkan verən zərərverici proqram quraşdırılıb. Həmçinin zəng haqqında informasiya qurğunun yaddaşından silinə bilərdi. Bu haqda messencerdə aşkar edilmiş boşluq barədə ilk məlumat yaymış Britaniyanın "Financial Times" dərgisi yazır.
"WhatsApp" sözügedən boşluğu aradan qaldırıb və bütün istifadəçilərə messencerin son versiyasını yükləməyi tövsiyə edib.
Emil Hüseynov
Baxış sayı: 607
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir