12px13px15px17px
Tarix:20/05/19

“Google” istifadəçilərin satınalmasını izləyir?

“Google” istifadəçilər tərəfindən edilmiş satınalmalar haqqında informasiyanı yadda saxlayır. “CNBC”-nin jurnalisti Todd Heyzelton buna diqqət yönəldib. O, "Satınalmalar" (Purchases) vərəqində son 5 il ərzində bütün öz satınalmalarının siyahısını aşkar edib. Bütün istifadəçilər müvafiq bölməyə daxil ola bilərlər.

 

"Mən internet xidmətlər və ya “Amazon”, “DoorDash” və ya “Seamless” kimi proqramların köməyilə alış-veriş etmişəm, “Google”dan heç vaxt istifadə etməmişəm" – Heyzelton deyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, jurnalistin sözlərinə görə, satınalmaların siyahısı “Google”da ona görə əlçatan olub ki, elektron qəbzlər “Gmail” poçtuna göndərilib.

 

“Google”un nümayəndələri bildiriblər ki, satınalmalar haqqında məlumatlar yalnız istifadəçilərin özünə əlçatandır və digər şəxslərdən gizlədilib. Şirkətdən əmin ediblər ki, xidmət istifadəçilərin rahatlığı üçün yaradılıb.

 

Emil Hüseynov





Baxış sayı: 610

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024