12px13px15px17px
Tarix:23/05/19

Kiberhücumların 98 faizini aşkarlayan mühafizə sistemi yaradılır

Rusiyanın İnnopolis Universitetinin İnformasiya Təhlükəsizliyi Mərkəzinin alimlər qrupu kiberhücumlardan unikal virtual mühafizə sisteminin yaradılması üzərində çalışırlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, alimlərin fikrincə, yeni mühafizə sistemi kiberhücumların 98 faizini aşkarlaya biləcək.

 

Məlumata görə, sistemin əsasını iritutumlu məlumatların şəbəkədə şübhəli aktivliyi öyrənən və operativ reaksiya verən süni intellektin işi ilə birgə emal prinsipləri təşkil edir. Yeni müəyyənləşdirmə metodunda sistemin vəziyyətinin daimi monitorinqi həyata keçirilərək onun ştat vəziyyəti və baş verən dəyişikliklərlə müqayisəsi aparılır.

 

Müasir kiberhücum aşkarlama sistemləri isə rəqəmli izlərin tanınmasına əsaslanır və yeni kiberhücumlar yaradılan zaman onları aşkarlaya bilmirlər.

 

Bundan başqa, yeni mühafizə sistemi zərurət yarandıqda şəbəkənin iş qabiliyyətinin daha operativ və effektiv bərpasına imkan verəcək.

 

Sınaqların 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır. Yeni texnologiya hazır olandan sonra bütöv proqram aparat kompleksi şəklində olacaq.

 

Xatırladaq ki, hazırda dünyada 2,5 min kiberhücumu müəyyənləşdirmək mümkündür. Hücumların əsas məqsədi əhəmiyyətli informasiyanı ələ keçirməkdən ibarətdir. Vurulan ziyan milyon dollarlarla ölçülür. Müasir kiberhücum aşkarlama sistemləri isə bu zərərli müdaxilələrin yarısını belə aşkarlamağa qadir deyillər.

 

Nizam Nuriyev





Baxış sayı: 558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024