Tarix:27/05/19
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bank troyan virusları bank hesabları və qurbanın elektron pulqabılarına müdaxilə etməyə imkan verən məlumatın toplanması yolu ilə pul oğurlayırlar. Məsələn, özünü populyar leqal proqram kimi qələmə verən virus hansısa bəhanə ilə istifadəçini onlayn-bankçılıq sisteminin loqin və parolunu paylaşmağa məcbur edir.
2019-cu ilin ilk üç ayı ərzində mobil qurğu istifadəçiləri əksər hallarda üç bank troyan virusu ilə üzləşiblər: “Svpeng” (20%), “Asacub” (18%) və “Agent” (15%). “Asacub” müxtəlif dövrlərdə gündə 13 minədək unikal istifadəçiyə hücum edib.
Maliyyə təhdidləri ilə toqquşma riskini minimuma endirmək üçün "Kasperski Laboratoriyası" istifadəçilərə proqramları yalnız etibarlı mənbələrdən quraşdırmağı, həmçinin spam-mesajlardakı linklərə keçid etməməyi və onlara bərkidilmiş sənədləri açmamağı tövsiyə edir.
Emil Hüseynov
Mobil bank troyan viruslarının sayı 58% artıb
2019-cu ilin birinci rübündə "Kasperski Laboratoriyası" təxminən 30 min mobil bank troyan virusu aşkar edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 58% daha çoxdur.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bank troyan virusları bank hesabları və qurbanın elektron pulqabılarına müdaxilə etməyə imkan verən məlumatın toplanması yolu ilə pul oğurlayırlar. Məsələn, özünü populyar leqal proqram kimi qələmə verən virus hansısa bəhanə ilə istifadəçini onlayn-bankçılıq sisteminin loqin və parolunu paylaşmağa məcbur edir.
2019-cu ilin ilk üç ayı ərzində mobil qurğu istifadəçiləri əksər hallarda üç bank troyan virusu ilə üzləşiblər: “Svpeng” (20%), “Asacub” (18%) və “Agent” (15%). “Asacub” müxtəlif dövrlərdə gündə 13 minədək unikal istifadəçiyə hücum edib.
Maliyyə təhdidləri ilə toqquşma riskini minimuma endirmək üçün "Kasperski Laboratoriyası" istifadəçilərə proqramları yalnız etibarlı mənbələrdən quraşdırmağı, həmçinin spam-mesajlardakı linklərə keçid etməməyi və onlara bərkidilmiş sənədləri açmamağı tövsiyə edir.
Emil Hüseynov
Baxış sayı: 500
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir