12px13px15px17px
Tarix:31/05/19

“HyperVSR” skafandrı kosmonavtların təhlükəsizliyini artıracaq

“Hypergiant Industries” şirkəti “Dəmir adam” (Iron Man) üslubunda “HyperVSR” adlı kosmik skafandr hazırlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, interfeys skafandrın ön tərəfində astronavtın həyati göstəricilərini və ya missiya haqqında informasiyanı göstərir. Şirkət nümayəndələrinin sözlərinə görə, texnologiya astronavtların təhlükəsizliyini artırmaqla ekipaj üzvlərinə daha çox informasiya təqdim edəcək və skafandr istifadəçisinin əməliyyatlarının sayını azaldacaq. Mütəxəssislərin sözlərinə görə, açıq kosmosda ekstremal və gözlənilməz hallarda kosmonavtların təhlükəsizliyi tam təmin edilməlidir. Skafandr astronavtlara vəziyyətlə bağlı informasiyanı tez toplamağa, eləcə də fövqəladə hallarda qərarların effektiv qəbulu üçün öz həyati göstəricilərini qiymətləndirməyə kömək edəcək.

 

Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, kosmonavtın əlcəyi xüsusi marker, həyati əhəmiyyətli orqanlar haqqında müvafiq məlumat, qəza bildirişləri və ya missiya haqqında informasiya ilə təchiz ediləcək. Skafandr kosmonavtın markerlərdən birinə baxmasını aşkarlayan zaman informasiyanı öz ekranında göstərəcək.

 

Hazırda “Hypergiant Industries” şirkəti skafandrın proqram təminatının hazırlanması ilə məşğul olsa da, kosmik agentliklər və hərbi podratçılar arasında aktiv müştəri axtarışındadır. Artıq prototip bir neçə hərbi podratçı qarşısında nümayiş olunub. “HyperVSR” kosmik skafandrının növbəti versiyasının hökumət nümayəndələrinə bu yay təqdim ediləcəyi gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 644

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024