“Windows” sisteminin idarəetməsi altında işləyən 1 milyon kompüter təhlükə altındadır
Bir qədər əvvəl ABŞ şirkətinin rəsmisi məlumat vermişdi ki, köhnə əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular “WannaCry” kimi şifrləyici virusların hücumu qarşısında dayanıqsızdırlar.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Microsoft” artıq “Windows 7” və daha köhnə əməliyyat sistemləri üçün xüsusi təhlükəsizlik paketləri çıxarıb. Ancaq şirkətin nümayəndələri hesab edirlər ki, təhlükəli proqramlar tərəfindən yoluxmuş ən azı 1 milyon kompüter internetə qoşula bilər.
“Microsoft Security Response Center”in nümayəndəsi Saymon Poup əminliklə bildirib ki, köhnə “Windows” sistemlərində hələ də eksployt mövcuddur. Onun sözlərinə görə, təhlükəsizlik paketinin çıxarılmasından iki həftə sonra kompüterlərin kütləvi yoluxması hallarının qeydə alınmaması təhlükənin aradan qalxması demək deyil.
“Windows”un yeni təhlükəsizlik eksploytu “Windows XP”, “Windows 7”, həmçinin “Windows Server 2003”, “Windows Server 2008 R2” və “Windows Server 2008” sistemlərində istifadə olunan “Microsoft Remote Desktop Services”də kodun uzaq məsafədən icrasına imkan verən kritik boşluğa malikdir.
Emil Hüseynov
Baxış sayı: 590
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir