12px13px15px17px
Tarix:19/06/19

ABŞ Kibertəhlükəsizlik Agentliyi “Windows” sistemini yeniləməyə çağırır

ABŞ Milli Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyi (Cybersecurity and Infrastructure Security Agency, CISA) “Windows” əməliyyat sistemini yeniləməyə çağıran xəbərdarlıq dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, agentlik mütəxəssisləri tərəfindən “Windows 2000” sisteminin quraşdırıldığı kompüterin nəzarət altına alınması üçün “BlueKeep” boşluğundan uğurla istifadə edilib.

 

Məlumata görə, “BlueKeep” boşluğu əməliyyat sisteminin “Windows 7” və daha əvvəlki versiyaları, eləcə də “Windows Server 2003” və Windows Server 2008” üçün aktualdır. Boşluq artıq “Windows 8” və “Windows 10” əməliyyat sistemlərinin yeni versiyalarında aradan qaldırılıb.

 

Bildirilir ki, “Microsoft Remote Desktop” xidməti vasitəsilə çıxış əldə etməyə imkan verən boşluq şəbəkə virusu kimi işləyir. Belə ki, bir fərdi kompüteri nəzarət altına alan cinayətkar həmin şəbəkədəki digər qurğuların idarəetməsini də ələ keçirir.

 

Nizam Nuriyev





Baxış sayı: 660

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024