12px13px15px17px
Tarix:24/06/19

Elektron poçtda təhlükəli boşluq aşkarlanıb

“Microsoft” korporasiyası “Android” əməliyyat sistemi üçün “Outlook” proqramında boşluq aşkarlayıb. Səhv barədə informasiya ABŞ korporasiyasının rəsmi saytında dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, boşluq məktubların sintaksis analizində (Parsing) – istifadəçi quraşdırılmalarından asılı olaraq onların avtomatik çeşidləmə sistemində aşkarlanıb. İstifadəçinin poçtuna müəyyən mətn göndərən cinayətkar adresat zərərli kodun tətbiq edildiyi məktubu açandan dərhal sonra onun məlumatlarını ələ keçirir.

 

Məlumata görə, boşluq “Outlook” əlavəsinin “Android” sistemi üçün 3.0.88-dək olan versiyalarını əhatə edib. “Microsoft” nümayəndələrinin sözlərinə görə, hazırda boşluq aradan qaldırılıb.

 

İyunun əvvəlində mobil əlavələrin 89 faizində məsafəli haker hücumları üçün boşluqların mövcudluğu məlum olub.

 

Nizam Nuriyev





Baxış sayı: 524

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024