Tarix:12/07/19
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “CVE-2019-1132” adlandırılmış “sıfır gün” boşluğu “win32k.sys” komponentindəki imtiyazların lokal səviyyədə artırılmasını həyata keçirir. Eksploitin quraşdırılmasından sonra cinayətkarlar qurbanın kompüteri üzərində tam nəzarəti ələ keçirmək imkanı əldə edirlər.
Aşağıdakı əməliyyat sistemləri sözügedən boşluğa qarşı dayanıqsızdır: “Windows 7” (x32); “Windows 7” (x64); “Windows Server 2008” (x32); “Windows Server 2008” (x64); “Windows Server 2008 R2”; “Windows Server 2008 R2” (x64).
“Windows 8” və sonrakı versiyalarda belə hücumlara qarşı müdafiə mexanizmləri nəzərdə tutulub.
“Eset” şirkətinin ekspertləri bu boşluq haqqında “Microsoft” korporasiyasına məlumat veriblər və şirkət xüsusi yeniləmə çıxararaq problemi aradan qaldırıb.
2019-cu il iyulun 9-da “Microsoft” öz proqram məhsulları üçün aylıq yeniləməsini təqdim edib. Bu dəfə 77 boşluq aradan qaldırılıb.
Emil Hüseynov
“Windows” sistemində yeni “sıfır gün” boşluğu aşkar edilib
“Eset” antivirus istehsalçısı “Windows” sistemində yeni boşluq aşkar edib.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “CVE-2019-1132” adlandırılmış “sıfır gün” boşluğu “win32k.sys” komponentindəki imtiyazların lokal səviyyədə artırılmasını həyata keçirir. Eksploitin quraşdırılmasından sonra cinayətkarlar qurbanın kompüteri üzərində tam nəzarəti ələ keçirmək imkanı əldə edirlər.
Aşağıdakı əməliyyat sistemləri sözügedən boşluğa qarşı dayanıqsızdır: “Windows 7” (x32); “Windows 7” (x64); “Windows Server 2008” (x32); “Windows Server 2008” (x64); “Windows Server 2008 R2”; “Windows Server 2008 R2” (x64).
“Windows 8” və sonrakı versiyalarda belə hücumlara qarşı müdafiə mexanizmləri nəzərdə tutulub.
“Eset” şirkətinin ekspertləri bu boşluq haqqında “Microsoft” korporasiyasına məlumat veriblər və şirkət xüsusi yeniləmə çıxararaq problemi aradan qaldırıb.
2019-cu il iyulun 9-da “Microsoft” öz proqram məhsulları üçün aylıq yeniləməsini təqdim edib. Bu dəfə 77 boşluq aradan qaldırılıb.
Emil Hüseynov
Baxış sayı: 1174
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir