12px13px15px17px
Tarix:15/07/19

“Google” istifadəçilərin səsli komandalarına qulaq asıldığını etiraf edib

“Google” korporasiyasının mütəxəssisləri istifadəçilər tərəfindən mobil qurğularda səsli köməkçiyə verilən komandaları dinləyirlər. Bu, “Google Assistant” kimi oxşar xidmətlərin konkret dilin aksent və nüanslarını daha yaxşı ayıra bilməsi üçün lazımdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Google”un rəsmi bəyanatında deyilir ki, bu məqsədlə dil ekspertləri cəlb edilir. Ancaq bu yaxınlarda belə mütəxəssislərdən biri tərəfindən buraxılmış səhv nəticəsində holland dilində məxfi səsli məlumatların itkisi baş verib.
 
"Bu məsələ ilə bağlı araşdırma aparılır və müvafiq tədbirlər görüləcək" –  korporasiyadan bildirilib.
 
Emil Hüseynov



Baxış sayı: 781

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024