12px13px15px17px
Tarix:19/07/19

Qazanaoxşar dron yaradılıb

Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mühəndisləri uçuş müddəti artırılan "Flybotix" adlı pilotsuz uçan aparat yaradıblar. İkimotorlu dron adi modellərlə müqayisədə iki dəfə çox məsafə qət edə bilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, pilotsuz uçan aparatın güc qurğusuna xüsusi diqqət yetirən mütəxəssislər silindrik korpusa iki propelleri bir-birinin üstündə yerləşdiriblər. Bunun sayəsində aparat aerodinamik vertolyot keyfiyyətləri və mexaniki multikopter stabilliyi ilə təchiz olunub.

 

Həmçinin konstruktorlar modelin eyniölçülü multikopterdən iki dəfə az enerji sərf edən enerji təchizatı sistemi üzərində çalışıblar.

 

Bildirilir ki, "Flybotix" aparatı xarici görünüşünə görə uçan qazanı xatırladır. Pilotsuz uçan aparatın uçuş müddəti onun ölçüsündən asılıdır. Belə ki, aparatın ölçüsü nə qədər az olsa, bir o qədər uçuş müddəti uzun çəkir.

 

Qurğunun korpusu maneələrə toxunan zaman zədələnmələrin qarşısını alan möhkəm penomaterialla örtülüb.

 

Yeni pilotsuz uçan aparatdan mürəkkəb tipli sənaye obyektlərinin, məsələn, tunellərin vəziyyətinə videonəzarət üçün istifadə təklif edilir.

 

Nizam Nuriyev

 

 





Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024