12px13px15px17px
Tarix:22/07/19

“Google” aşkar edilmiş boşluqlar üçün məbləği üç dəfə artırıb

“Google” korporasiyası “Chrome” və onun komponentlərində aşkar edilmiş boşluqlar üçün mükafatlandırma proqramı çərçivəsində ödənilən maksimal məbləği üç dəfə artırıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, məsələn, “Chrome” brauzerində aşkar edilmiş boşluğa görə "maksimal standart ödəniş məbləği" 5 mindən 15 min dollaradək, maksimal mümkün mükafat məbləği isə 30 mindən 150 min dollaradək artırılıb.

 

Bundan başqa, şirkət saytlar üçün istifadəçinin resursa məxfi rejimdə daxil olmasını müəyyənləşdirmək xüsusiyyətini ləğv etməyə dair qərar verib. Bu dəyişiklik 2019-cu il iyul ayının sonunda “Chrome 76” versiyasının istifadəyə verilməsi ilə reallaşacaq.

 

Emil Hüseynov





Baxış sayı: 547

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024