“Facebook” istifadəçi məlumatlarının sızmasına görə 5 milyard dollar cərimələnib
ABŞ Federal Ticarət Komissiyası (US Federal Trade Commission, FTC) fərdi istifadəçi məlumatlarının sızmasına görə “Facebook” şirkətini 5 milyard dollar cərimələyib. Bu barədə antiinhisar orqanın saytında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Novayagazeta” resursuna istinadən yazır ki, hakimiyyətlə bağlanan saziş çərçivəsində şirkət təsisçisi Mark Sukerberq istifadəçilərin fərdi məlumatlarının mühafizəsinə görə şəxsən məsuliyyət daşıyır. Şirkət tərəfindən məxfilik qaydalarının pozulacağı təqdirdə M.Sukerberq cinayət məsuliyyətinə də cəlb oluna bilər.
Məlumata görə, 5 milyard dollar məbləğində cərimə ABŞ Federal Ticarət Komissiyasının tarixində rekord olub. Bununla yanaşı, cərimə şirkətin maliyyə vəziyyətinə təsir etməməlidir. Sazişin bu şərtinə görə komissiya üzvlərinin üçü lehinə, ikisi isə əleyhinə səs verib.
Komissiya “Facebook” ilə bağlı araşdırmalara ötən ilin aprelində başlayıb. Buna səbəb isə ABŞ Prezidenti Donald Trampın seçki qərargahı ilə əməkdaşlıq edən Böyük Britaniyanın “Cambridge Analytica” analitik şirkəti tərəfindən seçicilərin siyasi üstünlüyünün analizi üçün 87 milyon istifadəçi məlumatının qanunsuz toplanılması ilə bağlı informasiyanın yayılması olub.
Nizam Nuriyev
Baxış sayı: 583
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir