12px13px15px17px
Tarix:30/07/19

İnternetdə anonim məlumatlar insanları identifikasiya edir

Bütün ölkələrin qanunvericiliyinə əsasən insanların fərdi məlumatlarının toplanılması, dərc edilməsi və üçüncü şəxslərə verilməsi qadağandır. Lakin fərdi məlumatlardan ad və soyad çıxarıldıqda onlar dərhal anonim məlumatlara çevrilir. Hesab edilir ki, belə yanaşma insanın və onun şəxsi həyatının təhlükəsizliyini təmin etməyə imkan verir, lakin yeni tədqiqatlar bunun əksini deyir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, Böyük Britaniya mütəxəssisləri tərəfindən aparılan tədqiqatdan məlum olub ki, cəmi bir neçə parametr əsasında insanın şəxsiyyətini onun anonim məlumatlarına görə 99,8 faiz dəqiqliklə müəyyənləşdirmək mümkündür. Ən sadə axtarış üçün insanın cinsi, doğum tarixi və poçt indeksi kifayət edir ki, bu da dar çərçivəli iddiaçıları müəyyənləşdirməyə imkan verir. On beş parametrdən ibarət model isə konkret insanı identifikasiya edə biləcək.

 

Almaniyada aparılan digər tədqiqatdan isə aydın olub ki, insanlar haqqında məlumat əldə etmək üçün pul xərcləməyə ehtiyac yoxdur. Belə ki, alimlər saxta tədqiqat yaradaraq ölkə sakinlərindən bir sıra fərdi məlumatları açıqlamağı xahiş ediblər. Nəticədə onlar 3 milyon almanı identifikasiya etməyə nail olublar.

 

Beləliklə, tədqiqatların nəticələri internetdə məlumatların anonimliyi ilə bağlı məsələyə başqa cür yanaşmağa məcbur edir.

 

Nizam Nuriyev





Baxış sayı: 803

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024