12px13px15px17px
Tarix:21/06/11

Haker qrupu Britaniya polis bölməsinin saytına hücum edib

“Lulz Security” haker qrupu bu gün Britaniya polisinin mütəşəkkil cinayətlə mübarizə üzrə bölməsinin veb-saytına hücum edib və saytı sıradan çıxardıblar. Bu bölmə Böyük Britaniya ərazisi və onun hüdudları xaricində bir qrup insan tərəfindən törədilmiş cinayətlərin araşdırılması ilə məşğul olur. “Lulz Security”dən bildiriblər ki, sıradan çıxarılmış sayt əvvəllər artıq DDOS hücumların qurbanı olmuş hökumət və korporativ saytların uzun siyahısına əlavə edilib.
"Qeyd edək ki, “Lulz Security” haker qrupu əvvəllər ABŞ Senatının saytına hücum edib, həmçinin ABŞ-ın MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) saytının qısamüddətli sıradan çıxarılması üçün məsuliyyəti də öz üzərinə götürüb. Qrupun bugünkü xəbərində bildirilib ki, hökumət və korporasiyaların kifayət etməyən təhlükəsizliyinə qarşı "Lulz” daimi və yorulmaq bilməyən müharibəni aparmağa davam edir".
“Lulz Security” bu aksiya çərçivəsində öz davamçılarını müxtəlif korporativ və hökumət müəssisələrinə qarşı hərəkətləri davam etməyə çağırıblar. "İstənilən qapalı hökumət informasiyası, həmçinin sənəd, elektron məktub və başqa məlumatların oğurluğu və itkisi əsas üstünlükdür" - qrupun xəbərində bildirilib.
Bu gün ilk dəfə “Lulz Security” bildirib ki, digər və məşhur “Anonymous” qrupunun hakerləri ilə əlaqə saxlayıblar.



Baxış sayı: 941

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024