Smartfonlara virus hücumlarının sayı 50 faiz artıb
2019-cu ildə mobil qurğulara, xüsusilə “Android” sistemli smartfonlara virus hücumlarının sayında artım müşahidə olunur. Cinayətkarlar daha çox fərdi məlumatlar oğurlamaq, izləmə aparmaq və qurğularda reklamlar göstərməyə çalışırlar. Bu barədə “ZDNet” nəşri “Check Point” informasiya təhlükəsizliyi şirkətinə istinadən məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkətin qiymətləndirməsinə görə, ilin birinci yarısında mobil qurğulara kiberhücumların sayında 2018-ci ilin analoji dövrü ilə müqayisədə 50 faiz artım qeydə alınıb.
Mobil bankçılığa hücumların sayı iki dəfə artıb. Bank zərərli proqram təminatı qurbanlarının ödəniş və hesab məlumatlarını, bank hesablarındakı vəsaitləri oğurlayır. Ekspertlərin sözlərinə görə, yeni bank viruslarının versiyaları onlara pul ödəyənlərin hamısı üçün kütləvi şəkildə yayılır.
Tədqiqatda, həmçinin qeyd olunur ki, kibercinayətkarlar şirkətin tədarük kanallarına hücumdan istifadə edərək öz təsirini genişləndirə bilərlər. Bu tipli kiberhücumda hakerlər zərərli kodu bilavasitə qurban şirkətin proqram təminatına tətbiq edirlər. Bu zərərli kod yerinə yetirildikdən sonra cinayətkarlar şirkətin məxfi informasiyasına çıxış əldə edirlər.
Bundan başqa, cinayətkarlar elektron poçtda təhlükəsizlik həllərini və spam filtrləri dəf etmək üçün müxtəlif metodlardan istifadə edirlər. Məsələn, onlar mürəkkəb kodlaşdırılmış elektron məktublar, eləcə də adi mətn hərflərini HTML simvolları ilə qarışdıran mürəkkəb baza kodunu göndərirlər.
Nizam Nuriyev
Baxış sayı: 597
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir