12px13px15px17px
Tarix:03/08/19

Ekspert cihazlarda kameranın üzərinin örtülməsini kifayət qədər etibarlı müdafiə hesab etmir

"Noutbukda kamera və ya diktofonun üzərinin örtülməsi hakerlərdən müdafiədə kömək etməyəcək. Cihazlardan ümumiyyətlə istifadə etməmək və ya  smartfon əvəzinə düyməli telefondan istifadə etmək daha etibarlıdır" –  Kibertəhlükəsizlik Agentliyinin direktoru Yevgeni Lifşits deyib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, Lifşitsin sözlərinə görə, bütün qurğuların təhlükəsizlik sistemində boşluq mövcuddur, kamera və mikrofonun üzərinin örtülməsi onlarla mübarizədə az kömək edəcək.
 
"Əgər avadanlıq istehsalçısı sizin məlumatlarınıza müdaxilə etmək istəyirsə, həmin məlumatların hamısı təhdid altındadır" – o deyib.
 
"İstənilən qurğuda istehsalçı tərəfindən məlumat verilməyən sənədləşdirilməmiş imkanlar var" –  ekspert bildirib. Həmin imkanlar cinayətkarlar tərəfindən istifadə oluna bilər.




Baxış sayı: 891

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024