“Facebook” milyonlarla istifadəçinin səsli mesajlarını dinləyib?
“Facebook” şirkətinin rəsmisi eyniadlı sosial şəbəkənin milyonlarla istifadəçisinin səsli mesajlarını deşifrə etmək üçün yüzlərlə podratçı işə cəlb etdiyini etiraf edib. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” dərgisi yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, kənar podratçılar səsli mesajların deşifrəsi ilə məşğul olan “Facebook”un süni intellektini yoxlayıblar. Sosial şəbəkənin nümayəndələri əminliklə bildiriblər ki, mesajları dinlənilmiş və təhlil edilmiş istifadəçilər bu əməliyyatın həyata keçirilməsinə özləri razılıq veriblər.
“Bloomberg” dərgisinin jurnalistləri yazırlar ki, “Facebook”un siyasətində istifadəçi məzmununun toplanılması imkanı haqqında qeyd olunub, ancaq sənədlərdə səsli mesajlar haqqında konkret informasiya yoxdur.
Səsli mesajların deşifrəsi ilə məşğul olan podratçı şirkətlər “Facebook” üçün işlədiklərini bilməyiblər. Onlar bütün mesajları anonim şəkildə alıblar.
Emil Hüseynov
Baxış sayı: 866
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir