Tarix:17/08/19
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, SQLite məlumat bazasında aşkar edilmiş boşluqlar “iOS” sisteminin idarəetməsi altında işləyən qurğuya müdaxilə etməyə imkan verir. Hakerlər tərəfindən məlumat bazasına tətbiq edilən zərərverici kod, məsələn, istifadəçi ona lazım olan nömrəni axtardıqda işə düşür. Beləliklə, cinayətkarlar yalnız istifadəçilərin şifrə və kontaktlarını oğurlamır, həm də qurğu üzərində tam idarəetməni ələ keçirə bilərlər.
Mütəxəssislər qeyd edirlər ki, SQLite istənilən əməliyyat sistemi, fərdi kompüter və mobil telefonda əlçatan olan dünyada ən geniş yayılmış məlumat bazasıdır. “Chrome”, “Firefox”, “Safari” kimi brauzerlərdə, həmçinin “Dropbox” proqramında sözügedən məlumat bazasından istifadə edilir.
“Check Point” şirkəti öz işinin nəticələri haqqında “Apple” şirkətini xəbərdar edib və ümid edir ki, bu tədqiqat kibertəhlükəsizlik üzrə dünya cəmiyyətini SQLite məlumat bazasında aşkar edilmiş boşluqları aradan qaldırmağa sövq edəcək.
Emil Hüseynov
“iPhone” smartfonunda yeni təhlükəli boşluq aşkar edilib
Hakerlər "Kontaktlar" proqramının köməyi ilə “iPhone” qurğusuna müdaxilə etməyə nail olublar. Bu haqda “Check Point” şirkətinin press-relizində deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, SQLite məlumat bazasında aşkar edilmiş boşluqlar “iOS” sisteminin idarəetməsi altında işləyən qurğuya müdaxilə etməyə imkan verir. Hakerlər tərəfindən məlumat bazasına tətbiq edilən zərərverici kod, məsələn, istifadəçi ona lazım olan nömrəni axtardıqda işə düşür. Beləliklə, cinayətkarlar yalnız istifadəçilərin şifrə və kontaktlarını oğurlamır, həm də qurğu üzərində tam idarəetməni ələ keçirə bilərlər.
Mütəxəssislər qeyd edirlər ki, SQLite istənilən əməliyyat sistemi, fərdi kompüter və mobil telefonda əlçatan olan dünyada ən geniş yayılmış məlumat bazasıdır. “Chrome”, “Firefox”, “Safari” kimi brauzerlərdə, həmçinin “Dropbox” proqramında sözügedən məlumat bazasından istifadə edilir.
“Check Point” şirkəti öz işinin nəticələri haqqında “Apple” şirkətini xəbərdar edib və ümid edir ki, bu tədqiqat kibertəhlükəsizlik üzrə dünya cəmiyyətini SQLite məlumat bazasında aşkar edilmiş boşluqları aradan qaldırmağa sövq edəcək.
Emil Hüseynov
Baxış sayı: 11273
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir