12px13px15px17px
Tarix:26/08/19

“Apple” qurğularının istifadəçiləri yeni fişinq hücumu təhlükəsi ilə üzləşiblər

“Apple” qurğularının istifadəçilərinə qarşı yeni fişinq hücumu aşkarlanıb. Hakerlər tərəfindən göndərilmiş məktublarda onu alan şəxslərdən “Apple ID”yə girişin bərpasından sonra fərdi məlumatları "yoxlamaq" tələb edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bu haker kampaniyası haqqında “Eset” şirkətinin ekspertləri məlumat verib. Onların sözlərinə görə, məktubda göstərilmiş linkə keçid etdikdən sonra istifadəçi “Apple”ın rəsmi səhifəsi kimi maskalanmış və məlumatların daxil edilməsi üçün formadan ibarət fişinq saytına daxil olur.

 

Şəxsi hesabın email və parolunu daxil etdikdən sonra displeydə “Apple ID”yə bağlı olan kartın blok edilməsi haqqında xəbərdarlıq göstərilir. Bundan sonra istifadəçiyə bütün fərdi informasiyanı və bank kartının rekvizitlərini daxil etmək təklif olunur.

 

“Eset”in ekspertləri belə hesab edirlər ki, bu kampaniyanın hədəfi fərdi məlumatların ələ keçirilməsi, həmçinin istifadəçilərin bank hesablarına müdaxilədir.

 

Sözügedən məktub yaxın vaxtlarda “Apple ID”yə girişi bərpa edən istifadəçilərə göndərildiyinə görə fişinq hücumunun qurbanları fırıldaqçılara etibar ediblər.

 

“Eset” şirkəti fırıldaqçıların qurbanı olmamaq üçün məktubun detallarına (göndərənin elektron poçt ünvanı, imza, adresata müraciət) diqqət yetirməyi tövsiyə ediblər. Həmçinin antifişinq və antispam funksiyalarına malik antivirusdan istifadə etmək tövsiyə edilib.

 

Emil Hüseynov





Baxış sayı: 516

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024