12px13px15px17px
Tarix:28/08/19

Biznesin kibermüdaxilələrdən itkisi 5 trilyon dolları ötəcək

“Juniper Research” tədqiqat şirkəti növbəti 5 ildə kibermüdaxilələr nəticəsində biznesə vurulan ziyanın 70 faiz artacağını proqnozlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, mütəxəssislərin fikrincə, şirkətlərin məlumat sızması nəticəsində illik itkisi orta hesabla 11 faiz artaraq 2024-cü ildə 5 trilyon dolları ötəcək. 2018-ci ildə mütəxəssislər tərəfindən müvafiq ziyan 3 trilyon dollar qiymətləndirilib.

 

Proqnoza görə, təşkilatların maliyyə itkilərinin artımı ilk növbədə fərdi məlumatların mühafizəsi sahəsində qanunvericiliyin sərtləşdirilməsi fonunda məlumat sızmasına görə cərimələrin artması ilə əlaqədar olacaq. Bundan başqa, kibermüdaxilələrdən ziyan müəssisələr rəqəmli mühitdən nə qədər çox asılıdırsa, bir o qədər ciddi xarakter alır.

 

Analitiklər xəbərdar edir ki, texnologiyaların inkişafı ilə birgə kibercinayətkarlar da təkmilləşir. İnformasiya texnologiyaları sistemlərinə nüfuz etmək üçün hakerlər təhlükəsizlik sisteminin işləmə alqoritmlərini öyrənən süni intellekti tətbiq edəcəklər. Hazırda kibermühafizə sahəsində mütəxəssislər də müdaxilə olunan kompüter sistemlərində anomal aktivliyin aşkarlanması üçün süni intellekt texnologiyalarından bu şəkildə istifadə edirlər.

 

Həmçinin sosial şəbəkələrdə kibercinayətkarlığın artacağı və “Deep Fake” kimi texnologiyaların inkişafı gözlənilir.

 

Kibertəhlükəsizlik korporativ mədəniyyətin ayrılmaz hissəsinə çevrilsə də, analoji tendensiya kompüter sistemləri istifadəçiləri arasında müşahidə edilmir. Bunu nəzərə alan mütəxəssislərin proqnozuna görə, şirkətlər informasiya təhlükəsizliyi sahəsində təlimə böyük diqqət yetirəcəklər. İşçi heyətinin informasiya təhlükəsizliyi barədə daha çox məlumatlı olması kibertəhlükəsizlik üçün ayrılan vəsaitləridən istifadənin effektivliyini artırmağa kömək edəcək. Hesabat dövründə şirkətlərin informasiya təhlükəsizliyi büdcəsinin illik artım həcminin 8 faiz təşkil edəcəyi gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 553

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024