Keçmiş “Google” əməkdaşı texnologiyalar oğurluğunda təqsirləndirilir
ABŞ-ın "Google" texnoloji şirkətinin keçmiş əməkdaşı Entoni Levandovski avtonom avtomobil texnologiyaları oğurluğunda təqsirli bilinir. Bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today" resursuna istinadən yazır ki, ittiham aktına görə, "Google" şirkətində mühəndis vəzifəsində çalışan 39 yaşlı E.Levandovski sürücüsüz nəqliyyatın yaradılması üzərində çalışan mühəndislər qrupunun rəhbərlərindən olub. O, layihədə 2009-cu ildən iştirak etsə də, 2016-cı ilin əvvəlində gözlənilmədən şirkəti tərk edib.
Bildirilir ki, E.Levandovski şirkəti tərk edən zaman avtonom nəqliyyat sahəsi üzrə texnologiyaların təsvir olunduğu məxfi texniki və biznes sənədlərini özü ilə aparıb. Məsələn, mühəndis tərəfindən oğurlanan sənədlər arasında sürücüsüz avtomobillərin əsas komponentlərinin sınağı üzrə elektron sxem və təlimatlar, eləcə də digər məlumatlar olub.
İttaham aktında qeyd olunur ki, oğurlanan məlumatlar "Ottomotto" şirkətinin təsisçisinin əlinə keçib. Bu startap sonra "Uber" taksi servisinə satılıb. Keçmiş "Google" əməkdaşının təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 250 min dollar məbləğində cərimə, eləcə də 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Nizam Nuriyev
Baxış sayı: 598
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir