“Android” üçün proqram qəflətən zərərverici xüsusiyyətə malik olub
Rusiyanın "Kasperski Laboratoriyası" şirkətinin məlumatına görə, PDF formatında faylların yaradılması və simvolların optik tanıması üçün populyar “CamScanner” proqramı qəflətən zərərverici xüsusiyyətə malik olub. Həmuin proqram 100 milyon dəfədən çox yüklənilib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, tərtibatçılar sözügedən proqrama zərərverici modullu reklam kitabxanası əlavə etdikdən sonra o, istifadəçilər üçün təhlükə yaratmağa başlayıb. Proqramda onun resurslarında olan şifrlənmiş fayldan başqa zərərverici modulu çıxarıb işə salan dropper imkanı əlçatan olub.
Nəticədə virusa yoluxdurulmuş qurğu modul sahiblərinə fayda gətirməyə başlayır: zəhlə tökən reklamların nümayişi, ödənişli abunələrə qeyd olmaqla istifadəçinin mobil hesabından pul oğurlanması və sairə.
"Kasperski Laboratoriyası" bu barədə “Google” şirkətinə xəbərdarlıq etdikdən sonra həmin zərəverici proqram “Google Play”dən silinib. Həmçinin “CamScanner” tərtibatçıları proqramın son yeniləməsində zərərverici kodu ləğv ediblər.
Emil Hüseynov
Baxış sayı: 608
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir