Kriptovalyutanın mayninqi üçün virusların aktivliyi 29% yüksəlib
Antivirus proqramlarının hazırlanması üzrə ixtisaslaşmış “McAfee” şirkətinin məlumatına görə, 2019-cu ilin birinci rübündə gizli şəkildə kriptovalyutanın mayninqi üçün proqramlardan istifadə edən hücumların sayı ötən üç ayla müqayisədə 29% yüksəlib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, əksər hallarda “Windows” sistemi ilə işləyən qurğular və “Apple” cihazları gizli mayner hücumlarına məruz qalıb. Əvvəllər “macOS” və “iOS” əməliyyat sistemləri bu tip viruslara qarşı dayanıqlı idi, lakin indi hakerlər bütün məhdudiyyətləri keçən və reyestrdə gizlənən utilitlər hazırlamağı öyrəniblər. Ekspertlər bildirirlər ki, hətta təcrübəli istifadəçilər öz qurğularındakı şübhəli aktivliyi həmişə aşkar edə bilmir.
Məlumata görə, mayninq üçün nəzərdə tutulmuş viruslar yalnız istifadəçilərə deyil, həm də şirkətlərə zərər vurur. Şirkətlərin kompüter sistemləri virusun fəaliyyəti nəticəsində xeyli zəif işləyə bilər.
Şəbəkə təhlükəsizliyinin təmin edilməsi üzrə ixtisaslaşmış “SonicWall” şirkətinin məlumatına görə, 2019-cu ilin birinci yarısında dünyada fırıldaqçı virusların köməyilə 110,9 milyon kiberhücum həyata keçirilib. Bu, ötən illə müqayisədə 15% daha yüksəkdir.
Emil Hüseynov
Baxış sayı: 555
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir