12px13px15px17px
Tarix:10/09/19

Kiberhücumların 99%-i zərərverici linklərə keçid nəticəsində baş verir

“Proofpoint” şirkətinin haker hücumlarında insan amili haqqında illik hesabatına əsasən, 2018-ci ildə baş vermiş kiberhücumların, demək olar ki, hamısında zərər dəymiş istifadəçilərin iştirakı qeydə alınıb. Zərərverici linklərə keçid və ya məlumatları oğurlayan proqramın işə salınması ən geniş yayılmış hallar olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, mütəxəssislərin araşdırmasına görə, hücumların az bir hissəsi eksployt və proqram təminatında aşkar edilmiş boşluqlardan istifadə nəticəsində həyata keçirilib. Hücumların böyük əksəriyyəti (99%) istifadəçinin iştirakını tələb edir. Bu, linkə keçid və ya zərərverici kodun işə salınması kimi hallar ola bilər.

 

Emil Hüseynov





Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024