Sosial şəbəkələrdə bağlı profillərə müdaxilə üsulu aşkar edilib
"BuzzFeed" nəşri "Instagram" və "Facebook"da bağlı profillərdəki şəkillərə baxmaq və onları paylaşmaq üsulunu nümayiş etdirib.
"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, səhifənin abunəçisi bağlı profilə müdaxilə etmək üçün onun kodunu açmalı və şəklin URL ünvanını köçürməlidir. Hətta qeydiyyatdan keçməmiş istifadəçilər üçün giriş mümkündür.
"BuzzFeed Tech" nəşrinin əməkdaşları bu texnologiyanı yoxlayıblar və məlum olub ki, bu üsulla yalnız şəkilləri deyil, həm də "Instagram storis"dən videoları paylaşmaq olar. "Facebook" nümayəndələri jurnalistlərin sorğusuna cavab olaraq bildiriblər ki, bu müdaxilə üsulu təhlükəsizdir, çünki faktiki olaraq postların ekran görüntüsünün başqa istifadəçilərə göndərilməsinə oxşardır.
Emil Hüseynov
Baxış sayı: 672
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir