Tarix:17/09/19
“ICTnews” Elektron Xəbər Xidməti “TASS.www.tass.ru” resursuna istinadən yazır ki, onun sözlərinə görə, hökumətdə ciddi məsələlərlə məşğul olan şəxs “WhatsApp”dan istifadə etməklə səhvə yol verir.
Müsahibədə radiostansiya jurnalisti qeyd edib ki, Fransa baş naziri Eduard Filipp digər nazirlərlə əlaqə qurmaq üçün “WhatsApp”dan istifadə edir, ölkə prezidenti Emmanuel Makron isə “Telegram”a üstünlük verir. “Bu proqramların hər ikisi SMS və ya digər şifrlənməmiş bildirişlərdən istifadədən daha yaxşıdır. Lakin onlardan baş nazirlərin istifadə etməsi çox təhlükəlidir”, – keçmiş agentlik əməkdaşı vurğulayıb.
O əlavə edib ki, “Facebook” şirkəti messencerə sahib çıxdıqdan sonra müxtəlif mühafizə səviyyələrini ləğv etməyə başlayıb.
“Signal” və “Wire” proqramlarından istifadəni tövsiyə edən E.Snouden fikrini onların daha yaxşı şifrləmə səviyyəsinə malik olması və Facebook” şirkətinə məxsus olmaması ilə izah edib.
Nizam Nuriyev
Edvard Snouden vəzifəli şəxsləri “WhatsApp”dan istifadədən çəkinməyə çağırıb
ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden dövlətlərdə yüksək vəzifə tutan insanları “WhatsApp” messencerində məlumatların şifrləmə səviyyəsinin aşağı olması səbəbindən ondan istifadə etməməyi tövsiyə edir. O, bu bəyanatı Fransanın “France Inter” radiostansiyasına müsahibədə səsləndirib.“ICTnews” Elektron Xəbər Xidməti “TASS.www.tass.ru” resursuna istinadən yazır ki, onun sözlərinə görə, hökumətdə ciddi məsələlərlə məşğul olan şəxs “WhatsApp”dan istifadə etməklə səhvə yol verir.
Müsahibədə radiostansiya jurnalisti qeyd edib ki, Fransa baş naziri Eduard Filipp digər nazirlərlə əlaqə qurmaq üçün “WhatsApp”dan istifadə edir, ölkə prezidenti Emmanuel Makron isə “Telegram”a üstünlük verir. “Bu proqramların hər ikisi SMS və ya digər şifrlənməmiş bildirişlərdən istifadədən daha yaxşıdır. Lakin onlardan baş nazirlərin istifadə etməsi çox təhlükəlidir”, – keçmiş agentlik əməkdaşı vurğulayıb.
O əlavə edib ki, “Facebook” şirkəti messencerə sahib çıxdıqdan sonra müxtəlif mühafizə səviyyələrini ləğv etməyə başlayıb.
“Signal” və “Wire” proqramlarından istifadəni tövsiyə edən E.Snouden fikrini onların daha yaxşı şifrləmə səviyyəsinə malik olması və Facebook” şirkətinə məxsus olmaması ilə izah edib.
Nizam Nuriyev
Baxış sayı: 1019
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir