12px13px15px17px
Tarix:20/09/19

“WannaCry” virusunun versiyaları durmadan artır

 “WannaCry” fırıldaqçı virusunun yayılmasından iki il ötməsinə baxmayaraq o aktiv olmaqla yanaşı, rekord sayda kompüterlər üçün təhlükə törədir. Bu barədə kibertəhlükəsizlik texnologiyalarında ixtisaslaşan “Sophos Labs” şirkətinin tədqiqatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, ekspertlər tərəfindən virusun yarandığı gündən indiyədək 12 480 variantı aşkarlanıb. Aşkarlanan virusların təxminən 98 faizi 2700 modifikasiyanın payına düşür. Onlar vaxtilə virusun yayılmasının qarşısını alan mühafizə sistemlərini keçməyə başlayıblar.
 
Təkcə 2019-cu ilin avqustunda “Sophos” şirkətinin telemetrik sistemləri tərəfindən “WannaCry” versiyaları vasitəsilə  4,3 milyon hücumun həyata keçirilməsi müəyyənləşdirilib. Avqustun yekunu üzrə şifrləyici virusun 6963 variantı aşkarlanıb ki, onun da 80 faizi yenidir.
 
“WannaCry” virusu 2017-ci ildə yayılmağa başladıqdan sonra təhlükələrlə bağlı vəziyyət həmişəlik dəyişib. Tədqiqatdan məlum olub ki, hələ də çoxlu nasaz kompüterlər var”, – şirkətin təhlükəsizlik üzrə mütəxəssisi Piter Makkenzi bildirib.
 
Qeyd edək ki, zərərli proqram təminatı iki komponentdən – “SMB” virusu və bilavasitə fırıldaqçı proqramdan ibarətdir. Virus fırıldaqçı proqramı əvvəlcə lokal şəbəkədə, daha sonra internet vasitəsilə yayır.
 
Nizam Nuriyev





Baxış sayı: 936

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024