12px13px15px17px
Tarix:24/09/19

İnformasiya təhlükəsizliyi bazarında 66 faiz artım gözlənilir

"Accenture" konsaltinq şirkəti 2019-cu ildə şirkətlər üçün əsas kibertəhlükələrə həsr edilən tədqiqatın nəticələrini açıqlayıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm www.dailycomm.ru" resursuna istinadən yazır ki, ekspertlərin proqnozuna görə, 2021-ci ildə dünya informasiya təhlükəsizliyi bazarının həcmi 66 faiz artaraq 202 milyard dollara çatacaq. Bununla yanaşı, kiberhücumlardan ümumi qlobal ziyan 39 faiz – 2,1 milyard dollaradək arta bilər.
 
Şirkətin qlobal hesabatında 2019-cu ildə biznes kibertəhlükəsizliyi sahəsində əsas trendlər yer alıb.
 
İlk yenilik dezinformasiya ilə əlaqədardır. Hesabat müəllifləri qeyd edir ki, məqsədi ictimai rəyə təsir etmək olan siyasi dezinformasiyanın ardınca iqtisadi dezinformasiya populyarlaşmağa başlayıb. Maliyyə sahəsi, xüsusilə sürətli mətnli informasiya mənbələrinə əsaslanan yüksəktezlikli ticarət alqoritmləri gələcəkdə genişmiqyaslı hücumlara məruz qalacaq.
 
Mütəxəssislərin fikrincə, kompüter təlimi, süni intellekt metodlarının inkişafı və "5G" texnologiyası əsasında rabitə şəbəkələrinin tətbiqi dezinformasiyanın istehsalı və yayılması üçün yeni imkanlar açacaq.
 
İkinci trend kibercinayətkarların sindikatlar şəklində birləşməsi və "bulud", "Big Data" və süni intellekt kimi müasir texnologiyalardan istifadə etməklə zərərli proqramların göndərilməsi üçün zərərli proqram təminatının, spam və əlavələrin kütləvi istehsalı və yayılması prosesini avtomatlaşdıran və yayan qabaqcıl alətlərdən birgə istifadədir.
 
Daha bir trend ekosistemdəki boşluqlarla bağlıdır. Bu, biznes sistem elementlərinin qarşılıqlı əlaqəsindən asılıdır, əlaqələr isə şirkətlərin riskə məruz qalmasını artırır. Yaranan təhlükələr ardıcıllığında şirkətin dost, tərəfdaş və müştəriləri təhlükə mənbəyinə çevrilir.
 
"Accenture" analitiklərinin fikrincə, şirkətlər kibertəhlükəsizlik məsələlərinə kompleks şəklində yanaşmalı və öz kiberstrategiyalarında tərəfdaş və üçüncü şəxslərin zəif tərəflərini və boşluqlarını nəzərə almalıdırlar.
 
Nizam Nuriyev




Baxış sayı: 596

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024