Tarix:26/09/19
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, mütəxəssislərin məlumatına görə, əvvəlcə istifadəçilərin poçtuna əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar onların “Instagram” hesabının 24 saat sonra bloklanacağı barədə elektron məktub göndərilir. Ekspertlər məktubun çoxlu qrammatik səhvlərə yol verilməklə tərtib olunmasına diqqət yetiriblər.
Bildirilir ki, məktubda aktiv keçidə malik “Copyright Objection Form” (Əqli mülkiyyət hüquqlarının pozulmasına etiraz forması) adlı düymə yer alıb. İstifadəçiyə hesabın bloklanmaması üçün onun üzərinə basmaq təklif olunur. Düyməyə basılan zaman “Instagram”da elektron ünvanı “.com” ilə deyil, “.cf” ilə bitən saxta səhifəyə keçid baş verir.
Səhifədə istifadəçiyə doğum tarixi, elektron poçt ünvanı və “Instagram” parolunun daxil edilməsi təklif olunur. Daha sonra bu məlumatları daxil edən istifadəçi “Instagram” şəbəkəsində mövcud olan profil səhifəsinə yönləndirilir.
Ekspertlər tərəfindən istifadəçilərə elektron poçta daxil olan məktubları diqqətlə oxumaq və hesab parolunun oğurlanması zamanı onu ələ keçirməyi çətinləşdirən ikifaktorlu autentifikasiyadan istifadə tövsiyə edilir.
Nizam Nuriyev
“Instagram” hesabına müdaxilə üçün yeni üsul aşkarlanıb
Kibertəhlükəsizlik məsələləri ilə məşğul olan “Naked Security” şirkətinin mütəxəssisləri “Instagram” sosial şəbəkəsində yeni fırıldaqçılıq üsulu aşkarlayıblar. Bu barədə şirkətin saytında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, mütəxəssislərin məlumatına görə, əvvəlcə istifadəçilərin poçtuna əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar onların “Instagram” hesabının 24 saat sonra bloklanacağı barədə elektron məktub göndərilir. Ekspertlər məktubun çoxlu qrammatik səhvlərə yol verilməklə tərtib olunmasına diqqət yetiriblər.
Bildirilir ki, məktubda aktiv keçidə malik “Copyright Objection Form” (Əqli mülkiyyət hüquqlarının pozulmasına etiraz forması) adlı düymə yer alıb. İstifadəçiyə hesabın bloklanmaması üçün onun üzərinə basmaq təklif olunur. Düyməyə basılan zaman “Instagram”da elektron ünvanı “.com” ilə deyil, “.cf” ilə bitən saxta səhifəyə keçid baş verir.
Səhifədə istifadəçiyə doğum tarixi, elektron poçt ünvanı və “Instagram” parolunun daxil edilməsi təklif olunur. Daha sonra bu məlumatları daxil edən istifadəçi “Instagram” şəbəkəsində mövcud olan profil səhifəsinə yönləndirilir.
Ekspertlər tərəfindən istifadəçilərə elektron poçta daxil olan məktubları diqqətlə oxumaq və hesab parolunun oğurlanması zamanı onu ələ keçirməyi çətinləşdirən ikifaktorlu autentifikasiyadan istifadə tövsiyə edilir.
Nizam Nuriyev
Baxış sayı: 1092
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir