Tarix:03/10/19
"ICTnews" Elektron Xəbər Xidməti "UN www.un.org" resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, internet uşaqların təhsil və informasiyadan istifadə sahəsində imkanlarını genişləndirib və onlar qarşısında sərhədsiz onlayn əyləncə dünyasına qapılar açıb. Bununla yanaşı, uşaqlar virtual məkanda tez-tez təhlükələrlə üzləşirlər.
Bildirilir ki, internet uşaqların seksual istismarı üçün alətə çevrilir, onlayn rejimdə yeniyetmələrin radikallaşması və ekstremist qrupların sırasına cəlb edilməsi baş verir, bəzi uşaqlarda isə videooyunlardan sağlamlıq üçün ciddi təhlükə törədən asılılıq inkişaf edir.
Ekspertlər qeyd edir ki, uşaqlar internet istifadəçilərinin 30 faizini təşkil edir və beynəlxalq ictimaiyyət onları potensial təhlükələrdən qoruyacaq tədbirlər görməlidir.
İsveç kraliçası Silviya hesabatın dərc edilməsi münasibətilə Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirilən tədbirdə deyib ki, bütün maraqlı tərəflər uşaqların internetdə istənilən formada istismarının, eləcə də onlara qarşı zorakılığın qarşısının alınması üçün səyləri birləşdirərək tədbirlər görməlidir. Onun sözlərinə görə, hökumətlər, elmi dairə və vətəndaş cəmiyyətinin, eləcə də özəl sektorun nümayəndələri uşaqların bu təzahürlərdən qorunması üzrə mexanizmlərin inkişafına investisiya qoymalıdırlar.
Qeyd olunur ki, hazırda dünyada uşaq və yeniyetmələrin təxminən 71 faizi internet istifadəçisidir və yaxın illərdə inkişaf etməkdə olan ölkələrdə genişzolaqlı rabitənin inkişafı ilə əlaqədar bu göstəricinin artacağı gözlənilir.
Bununla belə, hesabata görə, dünyanın yalnız 21 ölkəsində uşaqları internetdə təcavüzdən qoruyan qanunlar qüvvədədir.
Mütəxəssislər vurğulayır ki, valideynlər, müəllimlər və sosial işçilər onlayn təhdidlərlə mübarizədə vacib rol oynayırlar. Onlar uşaqları internetdə mümkün təhlükələr barədə məlumatlandırmalı, bu və ya digər halda özlərini neçə aparmalarını izah etməli və virtual məkanda davranışlarını izləməlidirlər.
Nizam Nuriyev
BMT: “Beynəlxalq ictimaiyyət uşaqları internetdə təhlükələrdən qorumaq üçün tədbirlər görməlidir”
BMT-nin Dayanıqlı İnkişaf naminə Genişzolaqlı Komissiyası virtual məkanda təhlükələr barədə yeni hesabat dərc edib."ICTnews" Elektron Xəbər Xidməti "UN www.un.org" resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, internet uşaqların təhsil və informasiyadan istifadə sahəsində imkanlarını genişləndirib və onlar qarşısında sərhədsiz onlayn əyləncə dünyasına qapılar açıb. Bununla yanaşı, uşaqlar virtual məkanda tez-tez təhlükələrlə üzləşirlər.
Bildirilir ki, internet uşaqların seksual istismarı üçün alətə çevrilir, onlayn rejimdə yeniyetmələrin radikallaşması və ekstremist qrupların sırasına cəlb edilməsi baş verir, bəzi uşaqlarda isə videooyunlardan sağlamlıq üçün ciddi təhlükə törədən asılılıq inkişaf edir.
Ekspertlər qeyd edir ki, uşaqlar internet istifadəçilərinin 30 faizini təşkil edir və beynəlxalq ictimaiyyət onları potensial təhlükələrdən qoruyacaq tədbirlər görməlidir.
İsveç kraliçası Silviya hesabatın dərc edilməsi münasibətilə Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirilən tədbirdə deyib ki, bütün maraqlı tərəflər uşaqların internetdə istənilən formada istismarının, eləcə də onlara qarşı zorakılığın qarşısının alınması üçün səyləri birləşdirərək tədbirlər görməlidir. Onun sözlərinə görə, hökumətlər, elmi dairə və vətəndaş cəmiyyətinin, eləcə də özəl sektorun nümayəndələri uşaqların bu təzahürlərdən qorunması üzrə mexanizmlərin inkişafına investisiya qoymalıdırlar.
Qeyd olunur ki, hazırda dünyada uşaq və yeniyetmələrin təxminən 71 faizi internet istifadəçisidir və yaxın illərdə inkişaf etməkdə olan ölkələrdə genişzolaqlı rabitənin inkişafı ilə əlaqədar bu göstəricinin artacağı gözlənilir.
Bununla belə, hesabata görə, dünyanın yalnız 21 ölkəsində uşaqları internetdə təcavüzdən qoruyan qanunlar qüvvədədir.
Mütəxəssislər vurğulayır ki, valideynlər, müəllimlər və sosial işçilər onlayn təhdidlərlə mübarizədə vacib rol oynayırlar. Onlar uşaqları internetdə mümkün təhlükələr barədə məlumatlandırmalı, bu və ya digər halda özlərini neçə aparmalarını izah etməli və virtual məkanda davranışlarını izləməlidirlər.
Nizam Nuriyev
Baxış sayı: 990
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir